Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:30

ABŞ səfiri jurnalistləri təbrik etdi


ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörsi
ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörsi

İyulun 22-si Milli Mətbuat Günüdür. ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörsi bu münasibətlə yerli kütləvi informasiya vasitələrinə müraciət edib. Səfir müstəqil mətbuatın güclü demokratiya quruculuğunda mühüm element olduğunu bildirib. O hesab edir ki, demokratik cəmiyyətdə vətəndaşlar KİV-dən asılıdırlar. Çünki o, xəbərləri şərhdən fərqləndirməyi bacarmalı, faktlar haqda dəqiq informasiya almalıdır. Səfirin qənaətincə, yüksək peşəkarlıq standartı və güclü etik çərçivələr olduqca vacibdir.


Mətbuat Günü ərəfəsində bir qrup jurnalist diplom və pul mükafatları ilə təltif edilib. Lakin Milli Mətbuat Gününü «qara bayram» kimi keçirənlər də olub. İyulun 22-də yeni yaradılan Söz Azadlığı Şurasının təşəbbüsü ilə onlarla jurnalist mətbuat gününü «qara bayram» kimi keçirib. Onlar Azərbaycan ərazisində çap olunan ilk qəzet olan «Əkinçi»nin yaradıcısı Həsən bəy Zərdabinin, «Azadlıq» qəzetinin mərhum redaktoru Nəcəf Nəcəfovun və «Monitor» jurnalının ötən il qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət ediblər. Aksiya iştirakçıları jurnalistlərə qarşı təzyiqləri pisləyiblər, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun azadlığa buraxılmasını, «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyevi döyənlərin və Elmar Hüseynovu qətlə yetirənlərin tapılmasını tələb ediblər.


Azərbaycanda ilk mətbu orqan «Əkinçi» 1875-ci il iyulun 22-də işıq üzü görüb. İki il ömür sürən qəzetin təməlini Həsən bəy Zərdabi qoyub.


XS
SM
MD
LG