Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:25

Markesin kitabı üçün 1 milyon dollarından keçdi


Pekində yerləşən "Thinkingdom House" nəşriyyatı Çində Qabriel Qarsia Markesin ilk rəsmi naşiri olacaq.

Nobel mükafatlı Kolumbiya yazıçısının "Yüz il tənhalıqda" kitabı bu ilin yayında çin dilində çap ediləcək.

Nəşriyyat bu haqqı hərracda qazanıb və məlumatlara görə, Makresin əsərini çin dilində çap etmək haqqı üçün 1 milyon dollardan artıq pul ödəyib.

Britaniyanın "Guardian" qəzeti Çin mətbuatına istinadla xəbər verir ki, hələ 1990-cı ildə Çində səfərdə olarkən əsərlərinin piratlar tərəfindən necə geniş miqyasda tirajlandığından dəhşətə gələn Markes "Hətta mən öləndən 150 il sonra da bu ölkədə kitabımın çapına icazə vermirəm" deyibmiş

Amma "Thinkingdom House" nəşriyyatının baş redaktoru Chen Mingjun 2008-ci ildə yazıçıya məktub yazaraq onu fikrindən döndərə bilib.

Ekspertlər hesab edirlər ki, nəşriyyatın 1 milyon dolları çıxarıb gəlir əldə etməsi üçün Çində Markesin kitablarının ucuz pirat versiyasını buraxanlarla ciddi mübarizə başlanmalıdır.

Amma Çin dilində oxucu kütləsinin sayının 1 milyard nəfərdən çox olduğu və bu ölkədə kitab dükanlarının sayının sürətlə artdığını da nəzərə almaq lazımdır.

Həmçinin oxu
Markesin fanatları üçün Makondo turu
Piratlar Markesin yeni kitabına "girişib"
XS
SM
MD
LG