Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:43

Azərbaycan 3-cü yerdə. Norveçdə isə ikiqat bayramdı


Eurovision 2009-un qalibi Aleksander Ribak
Eurovision 2009-un qalibi Aleksander Ribak

“Eurovision-2009” mahnı müsabiqəsinin Moskvada keçirilən finalı Norveç təmcilçisinin qələbəsi ilə başa çatıb. “Fairtale” (Nağıl) mahnısının ifaçısı Aleksander Rıbak 387 xal toplayaraq böyük üstünlüklə birincilik qazandı. Səsvermədə iştirak edən 42 ölkədən 14-ü Norveçə ən çox – 12 xal verdi. Səsvermə hələ yarıyolda ikən Rıbakın qələbəsi şübhə doğurmurdu.

Əsas həyəcan sonrakı yerlərin kimin tutması ilə bağlı yaşanırdı. Və burada da Norveç rol oynayırdı. Səsvermənin nəticələri sonuncu olaraq bu ölkə üzrə elan olunarkən Azərbaycan hətta 2-ci yerə qalxdı, lakin bir an sonra məlum oldu ki, Azərbaycana 10 xal verən norveçlılər İslandiyanı da 12 xala layiq görürlər. Nəticədə İslandiya 218, Azərbaycan isə 207 xal qazanaraq müvafiq olaraq 2-ci və 3-cü yerə çıxdılar.


Aleksander Rıbakın qələbəsi Norveçdə ikiqat sevinclə qarşılanır, çünki mayın 17-si bu ölkənin milli bayramıdır. Norveçin Baş naziri Stoltenberq 2010-cu ildə Milli bayramlarını “Eurovision” iştirakçıları ilə birgə qeyd etmək imkanına böyük əhəmiyyət verir. Buna görə o, Rıbakın qələbəsini misli görünməyən adlandırıb.

Rıbak əslən Belorusdandır, Norveçdə böyüyüb. Valideynləri mühacirət edəndə onun 6 yaşı olub. İlk musiqi təhsilini Minskdə alıb, Norveçdə piano və skripka üzrə musiqi təhsilini davam etdirib.

Aysel və Araşın ifasına demək olar ki, bütün ölkələr bir və daha artıq xalla qiymətləndiblər. Azərbaycan ifaçılarına yüksək xal Türkiyə, Çexiya, Ukrayna, Hollandiya, Xorvatiya, Moldova, Macarıstan və Norveç tərəfindən verildi.

Azərbaycanlılar isə öz növbsində 12 xal Türkiyəyə, 10 xal Ukraynaya, 8 xal isə Norveçə verdilər.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA DAXİL OLUN

XS
SM
MD
LG