Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:00

Tayyib Ərdoğanla «fikir ayrılığımız»


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Keçən həftə Tayyib Ərdoğanın Bakıdakı mövqeyini tənqid edərkən bu tənqidləri haqsız çıxara biləcək olan yeganə ünsürün-bizim bilgimizdən kənarda baş nazirin amerikan və rus tərəflərindən problemin həlli üçün yaxın vədədə «söz» almış ola biləcəyinin üzərində durmuşduq. Həqiqətən belə bir durumdan söhbət gedirmi?

Tayyib Ərdoğan «Ermənistan ilə sərhəd qapımızın açılmaması» məsələsində Bakıda Azərbaycan parlamentindəki çıxışına dair bir suala «Mediadakı bəzi yazarlarımız fərqli şəkildə şərh etsələr də, sərhəddin bağlı qalması Qarabağ ilə əlaqədardır. Bu, səbəb-nəticə əlaqəsidir. Məsələyə «Bunun bir-biri ilə əlaqəsi yoxdur» - şəklində yanaşmağı doğru bilmirik» - deyir.

Bu durumu təfərrüatlı şəkildə keçən həftə iki yazıda qələmə aldım. Təkrar etmirəm. Baş nazirin bu açıqlaması ilə fikrim də dəyişmədi. Sadəcə, onunla «fikir ayrılığımızı» müəyyənləşdirdim. Baş nazirin hörmət ifadə edən üslubunun əvəzində onunla eyni fikirdə olmamağıma baxmayaraq, məsələyə yanaşmasına hörmət etdiyimi deyə bilərəm. Onun «xüsusi məlumatları» məndə olmadığına görə, haqlı çıxmasını ümid edə bilərəm. Yəni, çox da uzaq olmayan bir gələcəkdə Azərbaycan ilə Ermənistan arasında Qarabağ probleminə dair Minsk Qrupunun nəzərdə tutduğu «Əsas müddəalar» üzərində bir anlaşma əldə edilməsi və beləliklə, Türkiyənin qonşuları ilə bağlı sərhəddinin qalmamasını mümkün qılacaq olan addımların atıla bilməsinə ümid bəsləyirəm. Eyni suala dönürük: əcəba, belə bir şeydən söhbət gedirmi?

Bilmirik.

Bu gün - 2009-cu ildə Azərbaycan-Ermənistan razılaşmasının harasındayıq - bilə bilmirik. Bunun reallaşması böyük ölçüdə Rusiya-ABŞ konsensusuna bağlıdır. Qarabağın «son statusu»na dair əldə ediləcək «konsensus» ilə işğal altındakı Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çəkilməsi, əlbəttə, bir-birinə bağlıdır. Tayyib Ərdoğan bunu nəzərdə tutursa, mən də qəbul edirəm. Ancaq Türkiyə-Ermənistan sərhəddinin açılmasını «Qarabağdakı işğalın aradan qalxması»na bağlayırsa; bu problemin mahiyyəti və tarixi fərqli olduğuna görə, bu, bir az «Ölmə eşşəyim-yaz gələcək, yonca bitəcək» - şəklində bir vəziyyət yaradacaq. Çünki Qarabağ ən azı Kipr və ya Kəşmir problemləri qədər qarmaqarışıq və həlli də «hə» deyilən kimi asan olacaq bir problem deyil.

Tayyib Ərdoğan və Vladimir Putin arasında necə bir anlaşma oldu? Əgər belə bir anlaşma oldusa, bu anlaşmanın təfərrüatı məlum olanda Türkiyənin yaxın gələcəyi ilə bağlı aydın bir fikir əldə etmək mümkün olacaq.
XS
SM
MD
LG