Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:08

«Azərbaycandakı neft şirkətlərinin fəaliyyəti şəffaf deyil»


Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Alyansının koordinatoru Azər Mehtiyev
Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Alyansının koordinatoru Azər Mehtiyev
«Azərbaycandakı neft şirkətlərinin şəffaflıq səviyyəsi daha çox hökumətin bunu nə qədər istəməsindən asılıdır».

Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Alyansının koordinatoru Azər Mehtiyev belə hesab edir.

O deyir ki, BP-ni çıxmaq şərtilə Azərbaycandakı neft şirkətlərinin heç birinin fəaliyyəti şəffaf deyil:

«Əgər biz öz milli neft şirkətimizdən lazım olan məlumatları əldə edə bilmiriksə, onda xarici neft şirkətlərindən bundan artığını tələb etmək çox çətindir».

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, şirkətin bütün fəaliyyətilə bağlı məlumatlar, hesabatlar həmişə mətbuat və ictimaiyyət üçün açıqdır:

«Şirkətin illik hesabatları dərc olunur və hamıya da göndərilir. 2006-cı ildə, 2007-ci ildə də belə olub. 2008-ci ilin hesabatı da yarım aya, bir aya çap olunacaq».

Ötən il Beynəlxalq Şəffaflıq Təşkilatı dünyanın 40-dan çox neft şirkətinin yerli hökumətlərlə münasibətlərilə bağlı şəffaflıq reytinqini açıqlamışdı. Həmin məlumatda neft şirkətlərinin hökumətlərə ödənişlərilə bağlı az məlumat verdiklərindən bəhs edilirdi.

Hesabatdan bir il ötsə də, Azər Mehtiyev deyir ki, bu müddətdə heç bir şey dəyişməyib, əksinə bir qədər də şəffaflıq məsələsində geriləmə müşahidə olunur.
XS
SM
MD
LG