Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:59

Milli Məclis 2008-ci ilin dövlət büdcəsinin icrasını müzakirə edir


Z.Səmədzadə fiziki şəxslərdən toplanan gəlir vergisinin azaldığını da bildirib
İllik büdcə proqnozları yerinə yetirilsə də, yerli büdcə gəlirlərinin icrasında problemlər var. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə belə deyib.

Mayın 29-da Milli Məclis 2008-ci ilin dövlət büdcəsinin icra vəziyyətini müzakirə edir.

Komitə sədrinin sözlərinə görə, yerli strukturlar büdcə gəlirləri ilə bağlı şişirdilmiş rəqəmlər təqdim ediblər. 2008-ci ildə yerli büdcə gəlirlərinin ümumi büdcədəki payı cəmi 3,5 faiz olub.

Z.Səmədzadə büdcə hazırlananda neftin bir barelinin dünya bazarındakı qiymətinin 70 dollar hesablandığını, lakin ilin ortalarında bu qiymətin kəskin artdığını, sonra isə kəskin azaldığını, orta illik qiymətin 97,6 dollar olduğunu bildirib.

Z.Səmədzadə fiziki şəxslərdən toplanan gəlir vergisinin azaldığını da bildirib. O bunu əmək müqavilələrinin təqdim olunmaması ilə əlaqələndirib.

Z.Səmədzadə Elmlər Akademiyası institutlarının da elmin inkişafına ayrılan pullar səmərəli xərcləmədiyini vurğulayıb.
XS
SM
MD
LG