Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

«Avropanın sonuncu diktaturası»


Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedmin Belarusda
Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedmin Belarusda
Belorusun paytaxtı Minskə bu yaxınlarda etdiyim səfər zamanı öz-özümə dəfələrlə verdiyim sual bu idi ki, görəsən Obama administrasiyası xarici siyasətdə idealizm müqabilində daha böyük praqmatizməmi üstünlük verəcək? Bu ölkənin həm iqtidarı, həm də müxalifəti bu sualın cavabında maraqlıdırlar. Gələn həftə ABŞ Avropanın sonuncu diktatura adlandırılan bu ölkəyə sanksiya tərtib edilib-edilməməsini müzakirə edəcək. Avropa Birliyi də seçim qarşısındadır.

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedminin «Wall Street Journal»da dərc olunmuş «Avropanın sonuncu diktaturası» adlı yazısında belə deyilir

Müəllifin sözlərinə görə, NATO hesab edir ki, Belarus qonşu Litva üçün potensial hədədir. Belarusa yerləşdirilən rus tankları 90 dəqiqə içində Litvanın paytaxtı Vilnüsdə ola bilər. 10 milyonluq əhalisi olan bu kiçik ölkənin başqa cür hədələri də var. Avropa Birliyinin Rusiyadan aldığı qazın 20 faizi bu ölkədən keçir. Belorus həm də insan haqlarının ən çox pozulduğu ölkə kimi tanınır.
Belarus, Gürcüstan, Ukrayna kimi ölkələrdə demokratiya Rusiyanın imperiya iştahasını cilovlayacaq. Qonşuluğunda demokratiya iyi duyan Rusiya öz daxilindəki məsələləri qiymətləndirmə məcburiyyətində qalacaq


«Freedom House» özünün azad mətbuat indeksində Belarusa 195 ölkə arasında 188-ci yeri verib. «Transparency International» isə Minskin Moskvadan daha çox korrupsiyaya meylli olduğunu deyir. Minskdə əsas küçələr hələ də Lenin, Marks və Engelsin adını daşıyır.

Cefri Gedmin bildirir ki, səfəri zamanı yerli restoranların birində özəl otaqda əsas müxalifət nümayəndələrinin iştirak etdiyi şam yeməyinə qatılıb. «Azadlıq» radiosunun Belarus xidmətinin 55-ci ildönümü münasibətilə ABŞ səfirliyində keçmiş siyasi məhbuslarla, keçmiş ticarət naziri ilə görüşüb. O deyir ki, həmin nazir iki il həbsdə yatıb. Xarizmalı görkəmi olan, gənc bir biznesmen isə müxalif baxışlarına görə 6 ilini həbsxanada keçirib.

ABŞ və Avropa Birliyi Belarusla münasibətdə iki məsələyə diqqət eləməlidir. Yalnız razılaşdırılmış yaxınlaşma ilə biz islahatlara qarşı irəliləyiş əldə etmiş olacağıq

Məqalədə bildirilir ki, birinci məsələ demokratik inkişafla bağlıdır. Bütün dünyada azadlığın yaxın olması hissi yaradan gərgin 90-cı illər yerini demokratiyanı uzaqlaşdıran onilliklərə verdi. Ən çətin inkişaf da Rusiya və onun ətraflarında baş verdi.

Belarus, Gürcüstan, Ukrayna kimi ölkələrdə demokratiya Rusiyanın imperiya iştahasını cilovlayacaq. Qonşuluğunda demokratiya iyi duyan Rusiya öz daxilindəki məsələləri qiymətləndirmə məcburiyyətində qalacaq. Putinin rəqibinə çevrilən keçmiş şahmat çempionu Harri Kasparov deyir ki, Rusiyada demokratiyaya yardım etmək istəyirsənsə, onun içində də çölündə də gedən oyunlara nəzər sal. O deyir ki, ölkənin çölündə gedən oyun, yəni onun qonşuları daxilində baş verənlər qədər vacib ola bilər.

«Wall Street Journal»da dərs olunan yazıda deyilir ki, ikinci məsələ, Belarusda siyasi dəyişiklik perspektivi bir çoxlarının inandığı kimi tutqun görsənmir. Düzdür, müxalifət zəifdir. Bu sahədə cənab Lukaşenko böyük naümidliyə qapılmır. Bu ölkədəki rejim Minsk ətrafında Stalin rejiminin nəticəsi olan kütləvi qəbirlərlə bağlı sual yaradır. Cənab Lukaşneko isə təhlükəsizlik qüvvələri üçün KQB adını saxlayan yeganə keçmiş Sovet lideridir.

Müəllifin sözlərinə görə, hər bir liderin öz «Axilles dabanı» var. Belarus hakimiyyəti üçün bu iqtisadiyyat ola bilər. Lukaşenkonun bir avropalı diplomatın dediyi kimi yaxın əlaqələri olan ruslar son illər Belorusa iqtisadi dəstəyi azaldıblar. Üstəlik qlobal iqtisadi böhrana tab gətirmək üçün hələ də immunitetini gücləndirə bilməyib.

Cefri Gedmin belə bir sual qoyur ki, bəs nə etmək lazımdır? Mənim Belarusda görüşdüyüm vətəndaş cəmiyyəti liderləri deyirlər ki, siyasi məhbusların azad edilməsi ABŞ və Avropa Birliyinin sayəsində baş verib. Bu təzyiqi davam etdirmək lazımdır. ABŞ sanksiyaları ciddi şərtlərlə qaldırmalıdır. Belarusa daha müstəqil media üçün, yoxa çıxmış dissidentlər məsələsini öyrənmək üçün təzyiq eləmək lazımdır.

Avropa Birliyi də diqqətli olmalıdır ki, hər hansı iqtisadi yardım siyasi islahatlar və insan haqları ilə bağlıdır. Bu əlbəttə tədricən baş verəcək, lakin uzağı görməyəm siyasi yanaşma üçün bu heç də doğru zaman deyil.

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cefri Gedminin «Wall Street Journal»da dərc olunmuş «Avropanın sonuncu diktaturası» adlı yazısında belə deyilir.
XS
SM
MD
LG