Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:31

Əgər din dövlətdən ayrıdırsa...


Hacı Şahin Həsənli və Gündüz İsmayılov
Hacı Şahin Həsənli və Gündüz İsmayılov
Bu fikri «Panorama» verilişində «Məşədi Dadaş məscidi» Dini İcmasının rəhbəri Hacı Şahin Həsənli dedi. Onun fikrincə, qanuna təklif edilən son dəyişikliklər dini icmaların işinə ciddi müdaxilədir.

Parlament komitəsində «Dini etiqad azadlığı haqqında» qanuna iki dəyişiklik müzakirə edilib. Birinci təklifdə xaricdə dini təhsil alan şəxslərin fəaliyyətinə məhdudiyyətlər nəzərdə tutulur. İkinci təklifdə isə qeyd edilir ki, dini vəzifələrə təyinatlar zamanı yerli icra orqanlarının rəyi nəzərə alınmalıdır:

«Əgər din dövlətdən ayrıdırsa, onda niyə yerli icra orqanlarının rəyi tələb edilir. Bu yolverilməzdir. İkinci tərəfdən, xaricdə dini təhsil alan şəxslərin hamısının fəaliyyətinə məhdudiyyətlər qoyulmamalıdır. Burda konkret fərdlərə münasibət olmalıdır. Kim dini təhsil aldığı ölkənin maraqlarını müdafiə edirsə, xarici kəşfiyyat orqanlarına işləyirsə, ona hüquq çərçivəsində münasibət bəslənilməlidir…».

Hacı Şahin Həsənli son vaxtlar bəzi məscidlərin sökülməsini də düzgün saymır:

«Bu, çox ağır nəticələr verə bilər. Elə qonşu İranda məhz qadağalar İslam inqilabını doğurdu…».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə düşünür ki, təklif olunan dəyişikliklərə dövlətin dinə müdaxiləsi kimi baxmaq düzgün deyil:

«Biz heç kimin xaricdə dini təhsil almasına qadağa qoymuruq. Məqsədimiz Azərbaycandakı dini təhsil ocaqlarının həm bilik, həm də texniki imkanlarını gücləndirməkdir…».

Gündüz İsmayılov hesab edir ki, bəzi qeyri-qanuni məscidlərin sökülməsinə də təbii baxmaq lazımdır:

«Bəlkə də qanunsuz ticarət obyektinin tikintisinə göz yummaq olar. Ancaq qanunsuz məscid inşasına göz yummaq olmaz. Allahın evi halal yolla tikilməlidir…».

Buna da bax:

XS
SM
MD
LG