Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

Abxaziyanın sonrakı ağlı


Suxumi çimərliyi
Suxumi çimərliyi
Abxazların əksəriyyətində Rusiya pasportudur.

Rusiya rublu Abxaziyanın rəsmi pul vahididir.

Danışıqda əsas dil rus dilidir.

Abxaziyada 3800 rus əsgəri var.

Suxuminin benzindoldurma stansiyalarının çoxunda Rusiya bayrağı dalğalanır.

Köşklərdə satılan qəzetlərin əksəriyyəti Rusiya qəzetləridir.

Efiri Rusiya televiziyaları doldurub.

Rusiyanın «Rosneft» şirkəti Abxaziyada neft axtarır.

RUSİYA BİZİM MÜSTƏQİLLİYİMİZİ TANIYANDA NƏ BAŞ VERDİYİNİ ANLAMADIQ

«Azadlıq» radiosunun müxbiri Brian Whitmore Suxumidə olub. O yazır ki, 10 ay bundan qabaq Gürcüstanla qısa müharibədən sonra Abxaziya bir də müstəqilliyini elan elədi və Rusiya bu müstəqilliyi tanıdı. O vaxt yaranan eyforiya indi yoxdur. Abxazlar deyirlər ki, özlərinə yeni ağa yaratdılar.

Yerli müxalifət qəzeti olan «Çeqemskaya pravda»nin redaktoru İnal Xaşiq deyir:

Abxaziyanın Gürcüstanla sərhədi, 17 may 2009
«Avqustun 26-da, Rusiya bizim müstəqilliyimizi tanıyanda, biz nə baş verdiyini yaxşı başa düşmədik. İndi məlum olur ki, biz istədiyimizi almadıq. Bizim müstəqilliyimizi heç kim tanımayanda biz həqiqətən müstəqil imişik. Gün keçdikcə, biz siyasi, iqtisadi, sosial cəhətdən daha da asılı vəziyyətə düşürük».

Abxaziya parlamentinin müxalifətdən olan üzvü Beslan Bartelia deyir:

«Abxazlarda belə təsəvvür yaranır ki, Abxaziyada əmlak yerli vətəndaşların deyil, Moskvanındır. Bu da anti-Rusiya əhvalının artmasına gətirir».

Abxaz lideri Sergey Baqaşp bu əhvaldan xəbərdardır. O deyir ki, Abxaziya öz dövlətçiliyini qoruyacaq, assimilyasiyaya imkan verilməyəcək. Ancaq eyni zamanda hava limanının, dəmiryollarının qorunmasını Rusiyaya həvalə eləyib. Rusiya əsgərlərinə icazə verilib ki, Abxaziyada mal-mülk alsınlar.

ABXAZİYAYA «BENETTON» DA GƏLMİR

Jurnalist Xaşiq deyir ki, dövlətçiliyin qurulmasını Rusiyaya tapşırmaq çox pisdir. Bu o deməkdir ki, «biz müstəqil ola biləcəyimizə şübhə edirik».

Ancaq Abxaziyada başqa cür düşünənlər də var. Parlamentin insan haqları komitəsinin sədri Batal Kabaxia deyir ki, «Abxazların 200 il Rusiya və Gürcüstanla ünsiyyət təcrübəsi var. Abxazlar bilirlər, təhlükə hardan gəlir». O işarə eləyir ki, Abxaziyaya təhlükə Tbilisidir.

Ancaq o biri tərəfdən baxanda, Abxaziyanın Rusiyadan başqa yolu da yoxdur. Qərb investorları buraya pul qoymaq istəmirlər.
Məşhur «Benetton» paltar satışı şəbəkəsi Abxaziyada öz mağazasını açmaq istədi, ancaq Tbilisinin etirazlarından sonra bu fikrindən vaz keçdi.

Suxumidəki Humanitar Proqramlar Mərkəzinin direktoru Liana Kvarçelia isə hesab eləyir ki, Qərb gec-tez Abxaziyanı təcrid eləmək fikrindən daşınacaq. Çünki Qərb başa düşəcək ki, bu, Abxaziyanı birdəfəlik Rusiyaya tərəfə itələməkdir.
XS
SM
MD
LG