Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

QHT təmsilçiləri yenidən aksiya keçirməyə cəhd edib


QHT nümayəndələrinə parlamentə tərəf getməyə icazə verilməyib
QHT nümayəndələrinə parlamentə tərəf getməyə icazə verilməyib
Qeyri-hökumət təşkilatlarının nümayəndələri iyunun 30-da yenidən Milli Məclis qarşısında aksiya keçirməyə cəhd göstəriblər. 100-ə qədər QHT nümayəndəsi 20 saylı məktəbin qarşısında toplaşsa da, onlara parlamentə tərəf getməyə icazə verilməyib.

Özlərini təqdim etməyən mülki geyimli şəxslər aksiya iştirakçılarının «qeyri-demokratik qanuna yox», «Birləşmək hüququmuzu tanıyın» kimi şüarlarını əllərindən alaraq cırıblar.

«Azadlıq» radiosunun hadisə yerində olan əməkdaşları xəbər verir ki, yalnız 3 QHT rəsmisinə qətnaməni parlamentə təqdim etməyə icazə verilib.

Bundan öncə iyunun 19-da da Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvləri parlamentin qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Onlar parlamentin QHT-lərlə bağlı qanuna əlavə və dəyişikliyi təxirə salmasını istəyirlər.
XS
SM
MD
LG