Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Son 6 ayda Lənkəranda 10 HIV daşıyıcısı aşkarlanıb


Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarında 300-dən çox AIDS xəstəsi var
Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarında 300-dən çox AIDS xəstəsi var
Son 6 ay ərzində Lənkəran rayonunda 10 HIV daşıyıcısı aşkarlanıb

Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HIV-AIDS diaqnostikası laboratoriyasının 2009-cu ilin 6 aylıq hesabatında belə deyilir.

Laboratoriyanın müdiri Rəməli İbişov «Azadlıq» radiosuna deyib ki, bununla da rayonda HIV-ə yoluxanların sayı 172 nəfərə çatıb.

Son 6 ay ərzində isə HIV-ə yoluxanlardan 3 nəfər vəfat edib.

Laboratoriyanın əhatə etdiyi Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarında 300-dən çox AIDS xəstəsi var. Hər yoxlamadan sonra xəstələrin sayı artır. AIDS-ə tutulmuş xəstələrin sayına görə, Lənkəran rayonu respublikada Bakı və Sumqayıtdan sonra üçüncü yerdə gedir.

R.İbişov bunun səbəbini narkomanlığın sürətlə yayılmasında və bölgədə yaşayanların Rusiya ilə sıx əlaqələrində görür. Onun dediyinə görə, 6 ay ölkədən kənarda yaşayan adamlar geri qayıdarkən mütləq yoxlamadan keçməlidirlər.
XS
SM
MD
LG