Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:04

Həmsədrlər «Madrid prinsipləri»ni yeniləyir


Atətin Minsk Qrupunun həmsədrləri Bernard Fasye, Betyu Brayza və Yuri Merzlyakov
Atətin Minsk Qrupunun həmsədrləri Bernard Fasye, Betyu Brayza və Yuri Merzlyakov
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü sentyabrın sonu, oktyabrın əvvəllərində ola bilər.

Bunu Dağlıq Qarabağ münaqişəsinin hyəlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün bəyan ediblər.

Həmsədrlər deyir ki, hazırda onlar «Madrid prinsipləri»nin yeni variantı üzərində işləyirlər.

Ermənistanın Xarici İşlər Naziri Eduard Nalbandyan bundan əvvəl hazırda Dağlıq Qarabağdan kənardakı rayonların Azərbaycana qaytarılması vaxtının müzakirə edildiyi barədə məlumatları inkar edib.

Nazir bu barədə iyulun 20-də Yerevanda Avropa Birliyinə rəhbərlik edən İsveçin Xarici İşlər naziri Karl Bildtlə keçirdikləri birgə mətbuat konfransında deyib. Nalbandyan bildirir ki, hələlik Ermənistan “Madrid prinsiplərinin yenilənmiş variantı”na razılıq verməyib.

Danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu sənədi Qarabağ münaqişəsinin həlli üçün əsas kimi təklif ediblər.

Eduard Nalbandyan onun istefasını tələb edən müxalifəti mənasız səs-küy yaratmaqda və milli maraqlarla oyun oynamaqda ittiham edir:

“Onlar bir tərəfdən təcrübəsizlikdən bu cür ittihamlar səsləndirirlər, digər tərəfdən də bulanlıq suda balıq tutumaq istəyirlər. Mən hesab etmirəm ki, milli məsələ olan Qarabağ problemi ətrafında söz-söhbət yaratmaq kiməsə hörmət gətirər”.

Bugünlər Ermənistanda bir neçə müxalifət təşkilatı Eduard Nalbandyanın istefasını tələb edir.

Daşnaksütyun və diaspora ilə sıx əlaqədə olan Ramkavar-Azatakan partiyaları nazirin Qarabağla bağlı siyasətini “bacarıqsız” adlandırır. Onlar bugünlər yayılan bəyanatlarında naziri “Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə ilə dialoq üçün aparılan siyasətin iflas olması”nda ittiham edirlər.
XS
SM
MD
LG