Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

«Qarabağ ermənilərinin 1.5%-i Azərbaycanın tərkibində qalmaq istəyir»


Xankəndi, 2008-ci il
Xankəndi, 2008-ci il
«Ayşor aşxar» qəzeti:

«Sotsiometr» Mərkəzinin direktoru Aqaron Adubekyan bildirir ki, Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana birləşmək istəyir:

«Azərbaycan Qarabağa özünüidarə statusu verməyi təklif edir. Qarabağ ermənilərinin cəmi 1.5%-i bu təklifə razıdır. 60%-i isə Qarabağın Ermənistana birləşməsini istəyir. 35 % isə düşünür ki, Qarabağ özü müstəqil olmalıdır, Ermənistan isə onun müstəqilliyinin təminatçısı kimi qalmalıdır.

Bako Saakyan 88% səslə qalib gəlib. Bu qədər yüksək reytinqi ilə o, hansısa həll variantı barədə çıxıb desə ki, «bu, indiki dövrdə yeganə real yoldur», məncə, xalq ona inanacaq.

«Panarmenian.net» internet qəzeti:


Ötən şənbə günü Krakovda görüşərək «Madrid sənədi»nin yenilənməsi üçün müzakirə aparan ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrda regiona gəlib prezidentlərin yeni görüşünü təşkil etməyə çalışacaqlar. Dövlət başçılarının növbəti görüşü Moldovada – Kişinyovda MDB ölkələrinin sammitində keçirilə bilər.

«Defakto» agentliyi:

İyulun 27-də Ermənistan Xarici İşlər nazirinin müavini Armen Kirakosyan türk və erməni gənclərinin bir qrupunu qəbul edib. Nazir müavini Ermənistan-Türkiyə əlaqələrinin bərpası, Qarabağ münaqişəsinin həlli ətrafında son proseslər barədə suallara cavab verib.

Türkiyəli gənclər Yerevana ABŞ-ın Ermənistandakı səfirliyi və ATƏT-in Yerevan ofisinin dəstəyi ilə həyata keçirilən «Mədəniyyət və təhsil sahəsində dialoq yolu ilə dözümlülük» proqramı vasitəsilə gəliblər.

«Defakto» agentliyi:

İyulun 30-da Yerevanda «Respublika» meydanında hərbi parad keçiriləcək. Parad Ermənistanda hərbi institutun yaradılmasının 15 illiyi ilə bağlı təşkil edilir.

«Armenpress» agentliyi:

İyulun 1-ə olan məlumata görə, Ermənistanda 466 148 adam qocalığa görə təqaüd, 50 560 adam sosial yardım alır. 5 094 adam da hərbi xidmətə görə təqaüd alır. Ermənistanda yaşa görə təqaüdün orta miqdarı 54 manatdır.
XS
SM
MD
LG