Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:01

Elvin Məmmədov: «69-cu dəqiqə həmişə yadımda qalacaq»


Elvin Məmmədov
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda «Qarabağ» Helsinkidə meydan sahibi «Honka»ya 0:1 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə çıxmaq yolunda ciddi addım atıb.

İyulun 30-da Helsinkidə keçirilmiş oyunu Azərbaycanın futbol ictimaiyyəti indi bu cür qiymətləndirir.

Həmin oyunun ulduzu – «Qarabağ»ın mərkəz yarımmüdafiəçisi 21 yaşlı Elvin Məmmədov deyir ki, bəlkə də «Qarabağ» bundan da yaxşı oyunlar göstərəcək, ancaq bu oyun, vurduğu qol həmişə yaddaşında qalacaq:

- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Helsinkiyə qələbə üçün getmişdik. Nəticəyə görə isə çox sevinirəm.

- Oyundan əvvəl qol vuracağınızı düşünürdünüzmü? Həmin o 69-cu dəqiqə haqqında indi nə düşünürsüz?

- Yox, oyundan qabaq heç nə bilmirdim. Düzdür, qol vurmaq istəyirdim. Ancaq olmaya da bilərdi. Demək ki, qismət idi, mən də vurdum. O gözəl 69-cu dəqiqə... Top qabağıma düşdü. Cərimə meydançasında öz futbolçumuz yox idi. Qapını gördüm, vurdum. Top da gözəl getdi. Demək o qol mənim qismətim idi.

- Nə vaxtsa, belə bir qol vuracağınızı ağlınıza gətirirdiniz?

- Məhz belə yox. Həm də bu, mənin Avropa Liqasının təsnifat mərhələsində vurduğum ilk qol idi. Davamının olmasını isə çox istəyirəm.

- Yəqin, bu qoldan sonra məsuliyyətiniz artacaq...

- Əlbəttə, azarkeşlər ardını istəyəcəklər. Ardının olmasını mən də çox istəyirəm.

- Sizi yığma komandaya dəvət ediblər?

- Bəli, bu oyundan əvvəl dəvət almışam. «Qarabağ»ın futbolçusu kimi ilk dəfə yığma komandada çıxış edəcəyəm.

- «Qarabağ»a gəlməmişdən əvvəl demişdiz ki, «Qarabağ» Avropada da sözünü deyəcək.

- Bəli, mən buna çox inanıram. Çünki «Qarabağ»da futbolçular bir-birini çox gözəl anlayır. Bizdə cəmi bir legioner futbolçu var. Hamımız bir-birimizə inanırıq, göstərmək istəyirik ki, Azərbaycan futbolçuları da futbol oynaya bilir. Bizdə böyük ruh yüksəkliyi var. Qələbələrimizə yardım edən həm bu, həm də azarkeş dəstəyidir. Mən bu komandada daha yaxşı oyunlar göstərmək istəyirəm. İndi cavab oyununa hazırlaşırıq. Hər şey ola bilər, arxayınlaşmaq olmaz.

- Bəs, Azərbaycan yığma komandası niyə belə oyun göstərə bilmir?


- O da olacaq.

- Siz Almaniya ilə oyuna çıxacaqsız?

- Bu, baş məşqçidən – Bert Foksdan asılıdır.

Elvin Məmmədovun qolu
XS
SM
MD
LG