Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:56

Gürcülər müharibənin ildönümünü tonqalla qeyd edir


Gürcüstan-Rusiya müharibəsinə həsr olunmuş stend, Tbilisi, 7 avqust 2009
Gürcüstan-Rusiya müharibəsinə həsr olunmuş stend, Tbilisi, 7 avqust 2009
Gürcü tələbələr tonqal ətrafında oxuyur, milli bayraq yelləyirlər. Gürcüstanda Moskvanın bu ölkəyə hərbi təcavüzünün bir illiyinə görə mərasimlər keçirilir.

Tələbə Maryam: «Bu tonqalla biz göstərmək istəyirik ki, Gürcüstanı Rusiyanın təcavüzündən təmizləyirik. Bu tonqal təmizlik, birlik simvoludur. Bütün Gürcüstanda belə tonqallar qalanacaq».

Düz bir il əvvəl Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində Moskva tərəfdarı olan separatçılarla toqquşmalar oldu, Gürcüstan buranı bombalamağa başladı. Düz bir ildir ki, tərəflər bir-birini ittiham etməkdədir.

Gürcüstan iddia edir ki, gürcü qüvvələri hərəkətə keçəndə ruslar artıq tunellə Cənubi Osetiya ərazisinə girməyə başlamışdılar. Tbilisiyə görə, bu müharibəylə Rusiya onu Qərbə üz çevirdiyinə, NATO üzvlüyünə can atdığına görə cəzalandırıb.

Tbilisidə sərgi, 7 avqust 2009
Moskvanın dediyi isə başqadır. Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko deyir ki, Rusiya Gürcüstanın «barbar təcavüzünün» qarşısını almaq üçün hərəkətə keçib:

«Həmin gecə, Saakaşvili rejimi Cənubi Osetiyanın dinc sakinləri, rus sülhməramlılarına vəhşi hücum elədi. O sülhməramlılara ki, illərlə bu kövrək bölgədə adamların sülh və təhlükəsizliyini təmin edib. Gürcüstan müharibədə qeyri-bəşəri silahlardan - kaset bombalardan, kaset mərmilərdən, 500 kiloqramlıq bombalardan geniş istifadə edib».

Münaqişə beş gün çəkib. Rusiya Gürcüstanı məcbur etdi ki, Cənubi Osetiyadan qüvvələrini geri çəksin. Sonra rus qüvvələri bir az da dərinə getdi, Tbilisinin 40 kilometrliyinə gəlib çıxdı, bomba hücumları elədi. Abxaziyada da rus qüvvələri bazalarından çıxıb Gürcüstanın içərilərinə girdi.

Qoridə gürcü əsgərlərə abidə, 4 avqust 2009
Avropa Birliyi avqustun 12-də atəşkəsə nail oldu, ancaq artıq 400 dinc sakin ölmüş, 200.000 adam yerindən didərgin düşmüşdü.

Rusiya qüvvələrini müharibədən qabaqkı mövqelərə çəkməyə razılaşdı. Ancaq hər iki separatçı respublikada hərbi heyətini artırdı, həm Cənubi Osetiya, həm də Abxaziyanı müstəqil dövlət kimi tanıdı.

Müharibədən bir il keçir, ancaq «Amnesty International» deyir ki, əsasən etnik gürcü olan 30.000 adam qaçqınlıq həyatı yaşayır. Tərəflərsə hələ də bir-birini müharibəni birinci başlamaqda ittiham edir.

Gürcüstan prezidenti Mixeil Saakaşvili müharibə qurbanlarının abidəsi önünə əklil qoyub, xalqa müraciət eləməlidir.

Rusiya prezidenti Dmitri Medvedev televiziyaya müsahibəsində deyib ki, əsgər göndərmək çox çətin qərar olub, «ancaq sonda hər şey yaxşı qurtarıb».

XS
SM
MD
LG