Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:58

«İçəri şəhər»in damının bir hissəsini söküblər


«İçəri şəhər» stansiyası, 12 avqust 2009
«İçəri şəhər» stansiyası, 12 avqust 2009
ƏVVƏLCƏ TARIXCƏ

Metronun «İçəri şəhər» stansiyasını keçən ilin dekabrında istifadəyə vermişdilər, təmirinə büdcədə altı milyon manat nəzərdə tutulmuşdu, sonradan bu məbləğ 15 milyon manata çatdı. O vaxt bu şüşəli dam stansiyanın açılışından dərhal sonra yağış buraxmağa başlamışdı.

Sonuncu təmirdən yeddi ay keçir, indi də metronu eskalator quraşdırmaq üçün bağlayıblar, amma damı da sökürlər.
(Yazı videonun altında davam edir)

"İçəri şəhər" metrosunda yenə təmirdə
Gözlə

No media source currently available

0:00 0:00:11 0:00
Direct-ə keçid


DAMI TAMAMİLƏ DƏYİŞƏ BİLƏRLƏR

Metronun özünü təqdim etmək istəməyən işçilərindən biri deyir ki, şüşəli damı bir də yoxlayacaqlar ki, su buraxır, yoxsa yox. Ola bilsin ki, damı tamamilə dəyişsinlər.

Bəs şüşəli dama nə qədər vəsait ayrılmışdı və büdcənin nə qədər pulu «korlandı»?

İkinci sualımız - eksalatorlar neçəyə, haradan alındı, tender keçirildimi?

TAĞI ƏHMƏDOV: «MƏN MƏZUNİYYƏTDƏYƏM, CAVAB VERƏ BİLMƏRƏM»

Bu sualların cavabını tapmaq o qədər də asan deyil. Bakı Metropoliteninin rəsmi saytında axırıncı məlumat 2001-ci ilə aiddir. İdarənin rəisi Tağı Əhmədov zəng vururuq, deyir:

«Mən məzuniyyətdəyəm, heç bir suala cavab verə bilmərəm».

Metropolitenin mətbuat xidməti isə zənglərə cavab vermir.
(Yazı videonun altında davam edir)
"İçərişəhər" yenə bağlandı
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid


«BÜDCƏNİN 40 FAIZINDƏN İCTİMAİYYƏTİN XƏBƏRİ YOXDUR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, «İçəri şəhər»in başına gələnlər nadir hadisə deyil, indi neçə-neçə körpülər, yollar təmir olunur, bir neçə aydan sonra yenə təmirə ehtiyac yaranır, üstəlik, bu işə ayrılan pullar haqda qeyri-hökumət təşkilatlarına məlumat vermirlər. A.Mehtiyev deyir ki, investisiya layihələrinə ayrılan pulları hökumət gizlədir.

Ekspert bildirir ki, büdcə xərclərinin təqribən 40 faizi investisiya layihələrinin payına düşür, amma ictimaiyyətin xəbəri olmur ki, bu vəsait necə bölüşdürülür:

«NAZİRLƏR KABİNETİ MƏLUMATLARI GİZLƏDİR»

«Büdcədə ümumi şəkildə xərclərin istiqaməti göstərilir, amma ayrı-ayrı layihələrə nə qədər vəsaitin ayrılmasını Nazirlər Kabineti sərəncamla müəyyənləşdirir. Bu layihələrdən Milli Məclisin xəbəri olmur, Nazirlər Kabineti həmin sərəncamı dərc eləmir. Biz ancaq bəzi investisiya layihələrini əldə edə bilirik, o da ki gizli yollarla».

Nazirlər Kabinetinin mətbuat xidməti gün ərzində telefonlarımıza cavab vermədi.

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl da deyir ki, onlar üçün hökumətdən hansısa məlumatı almaq olduqca çətindir:

«Biz hətta Statistika Komitəsinin təmirinə ayrılmış vəsaitin necə xərclənməsini öyrənmək üçün Komitəni məhkəməyə verməli olduq, yalnız hakimin tövsiyəsindən sonra Statistika Komitəsi məlumatı bizə verdi».

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov isə deyir ki, hökumət parlament qarşısında hesabat verir və bu da o deməkdir ki, ictimaiyyətlə hökumət arasında kifayət qədər şəffaflıq var.
XS
SM
MD
LG