Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:04

Konqres çeçenləri birləşdirməyə cəhd edəcək


Londonda Abdurraxmanov və Zakayevin birgə mətbuat konfransı. 13 avqust 2009
Londonda Abdurraxmanov və Zakayevin birgə mətbuat konfransı. 13 avqust 2009
Bu ilin axırına qədər Çeçenlərin Ümumdünya Konqresi keçiriləcək. Bu haqda Çeçenistan parlamentinin rəhbəri Dukvaxi Abdurraxmanov məlumat verib.

O, Londonda çeçen separatçılarının liderlərindən olan – özünü “İçkeriya Respublikası hökumətinin mühacirətdəki rəhbəri” adlandıran Axmad Zakayevlə danışıqların növbəti mərhələsindən sonra bunu bildirib.

Ümumdünya konqresinin keçirilməsində məqsəd yaşayış yerindən asılı olmayaraq çeçenlərin ümumi siyasi platformasının işlənib hazırlanmasıdır. Müxtəlif rəqəmlərə görə, Çeçenistandan kənarda 70-150 arası çeçen yaşayır.

Zakayevlə Abdurraxmanovun birgə mətbuat konfransı Londondakı yerli və xarici jurnalistlərin böyük marağına səbəb olub.

Amma Zakayev deyib ki, onun Çeçenistana qayıtması danışıqlarda müzakirə edilməyib və o, yaxın vaxtlarda vətənə qayıtmaq niyyətində deyil. Abdurraxmanov isə nikbin danışıb – deyib ki, “Axmat çeçendir və xaricdə yaşayıb öz xalqı haqda düşünməməsi mümkün deyil, gec-tez o, vətənə qayıdacaq”.

SENSASYON BƏYANAT

Çeçenistan parlamentinin spikeri mətbuat konfransında sensasyon bəyanat verib. O bildirib ki, Zakayevlə danışıq aparmasına nəinki Çeçenistan prezidenti Ramzan Kadırov, hətta Rusiya prezidenti Medvedev və baş naziri Ptin də razılıq verib.

Komandası Ramzan Kadırovu Çeçenistanda sabitlik yaradan milli lider sayır
Zakayev AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində bu məsələyə belə münasibət bildirib.

“Sevindirici haldır ki, Moskvada Çeçenistanda baş verənlərə münasibət dəyişməyə başlayır. Mən davamlı sülhə xidmət edən təşəbbüslərə həmişə ciddi yanaşmışam”.

Zakayev bundan əvvəl Çeçenistandakı tərəfdarlarına da müraciət edib ki, silahlı müqaviməti dayandırsınlar. AzadlıqRadiosunun rus xidmətinin müxbiri bu addıma Çeçenistan parlamentinin spikeri Abdurraxmanovun da fikrini öyrənib. O deyib:

"SİLAHLARI YERƏ QOYUN!"

“Bilirsiz, bu, simvolik bir çağırışdır. Mən hətta təəccübləndim. Biz onunla hansısa əmrlərin verilməsini müzakirə etməmişik, amma mən onun müsahibəsini oxuyanda xeyli təəccübləndim.

O mənada ki, guya onların Çeçenistanda hansısa qüvvələri var. Amma əgər hardasa simvolik sayda qüvvələr varsa, qoy belə göstərişlər versin. Hər halda bu, Çeçenistanın keçmiş rəhbərlərindən birinin çağırışıdır”.

O ki qaldı Ümumdünya Çeçen Konqresinin çıxara biləcəyi qərarlara, AzadlıqRadiosunun müxbiri – spiker Abdurraxmanovdan onu da soruşub ki, Çeçenistan hökuməti həmin qərarlara əməl etmək fikrindədimi?

“Vətəndaşların, ictimaiyyətin həmin qərarlara qulaq asması əlbəttə vacibdir. Amma ictimai bir qurumun qəbul etdiyi qərarların hamısını hökumətin yerinə yetirməsi mümkün deyil.

Amma Çeçenistan Respublikasının mənafeyinə xidmət edən qərarları rəhbərlik müzakirə edəcək və güman ki icra edəcək”.

KREMLİN KONQRESLƏ BAĞLI ÜMİDLƏRİ

Çeçenistan -Rusiya əsgərləti. Qroznı 09 fevral 2000
AzadlıqRadiosunun şimali Qafqaz redaksiyasının rəhbəri Aslan Doukayev ümumdünya konqresi haqda gözləntisini açıqlayır.

“Məncə, danışıq aparan tərəflərin konqreslə bağlı gündəmi fərqli, hətta deyərdim ki, bir-birnə ziddir.

Konqresin kremlyönlü təşkilatçıları tədbirdə Ramzan Kadırovun Çeçenistanda yürütdüyü siyasəti təbliğ edəcəklər və müşahidə edəcəkılər ki, həmin siyasəti kim alqışlayır. Bunu edənlər sonradan Kadırov rejiminin xaricdə elçiləri rolunu icra edə bilərlər.

Kadırovun xaricdəki imici isə sağlam deyil. Onu tənqid edənlərin bəziləri qətlə yetirilib. Zakayev isə konqresdə - münaqişənin çeçenləşməsinə diqqət yönəldəcək. İndi münaqişə Çeçenistandakı vətəndaş müharibəsinin birinci mərhələsinə daha çox oxşamağa başlayır”.

2002-ci ildə Danimarkada keçirilən Çeçen xalqının forumu Zakayevin yerli polis tərəfindən saxlanması ilə nəticələnmişdi. Onun saxlanması üçün Rusiya prokurorluğu müraciət etmişdi. Amma Danimarka Zakayevi Rusiyaya vermədi. Sonradan Zakayev Britaniyada siyasi sığınacaq aldı.
XS
SM
MD
LG