Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:38

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib


İyulun 27-də Bakıda başlanan Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, Naxçıvana verilən elektrik enerjisinə görə Türkiyəyə olan borcların ödənilməsi, Türkiyə yük maşınlarının Azərbaycana vergi ödəmədən keçməsi məsələləri müzakirə olunub. Komissiyaya Azərbaycan tərəfdən rəhbərlik edən Baş nazirin müavini Abid Şərifov bildirib ki, Azərbaycan elektrik enerjisinə görə Türkiyəyə olan borcu enerji ilə ödəmək istəyir: «Türkiyədən Azərbaycana gələn əlavə yük maşınlarının vergisiz keçmək məsələsinə isə hələ baxılacaq. Türk petrolları şirkətinin fəaliyyətini genişləndirmək istəyi isə gələcəyin işidir».


Hökumətlərarası Komissiyanın işi iyulun 28-də davam edəcək.


Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin gələn il 1 milyard dollara çatdırılması planlaşdırılır. Ticarət dövriyyəsinin artırılması təşəbbüsü ilə hər iki ölkənin prezidentləri çıxış etmişdilər. Bu il isə dövriyyənin 700 milyon dollardan artıq olması gözlənilir.


XS
SM
MD
LG