Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

Amerikada doğulan oğlanları sünnət edəcəklər


ABŞ-ın Səhiyyə nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sünnət olunmuş kişilərin AİDS-ə yoluxma riski iki dəfə azdır.

Bu araşdırmaları diqqətə alan ABŞ-ın Yoluxucu Xəstəliklərin Profilaktikası və Mübarizə Mərkəzi amerikada doğulan bütün oğlan uşaqlarının sünnət olunmasını tövsiyyə edən qanun layihəsi hazırlayıb və ilin sonunda bu tövsiyyələrin açıqlanması gözlənilir.

Amerikalı mütəxəssislər təkcə uşaqlaın yox, artıq yetkinlik yaşına çatanat bütün kişilərin də sünnət olunmasını tövsiyyə edirlər.

Çünki, Afrikanın AİDS-in yayıldığı ölkələrdə da aparılan araşdırmaların nəticəsi göstərib ki, sünnət olunmuş kişilərdə AİDS-ə yoluxma hallarına digərlərindən iki dəfə az rastlanır.

Bunu da oxu

Sünnətlə bağlı Afrikada aparılan araşdırmanın nəticələri... Ətraflı


Ancaq bu araşdırmalarda kişilərin AİDS virusunu daşıyan qadından yoluxma riski araşdırılıb.

Mütəxəssislər bildirirlər ki, sünnət olunmaq kişiylə kişinin cinsi əlaqəsi zamanı virusa yoluxma riskindən qorumur.
XS
SM
MD
LG