Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:46

Həbsdə olan bloqqerlərin şikayətinə baxılacaq


Adnan Hacızadə və Emin Milli
Avqustun 28-də Apellyasiya Məhkəməsində həbsdə olan bloqqerlərin DİN və prokurorluğa qarşı iddiasını rədd etmiş Səbail rayon məhkəməsinin qərarından şikayətinə baxılacaq. Məhkəmə 15.30-da başlanacaq.

İddia DİN və prokurorluğun Adnan Hacızadə və Emin Milli barəsində yaydığı rəsmi məlumatda təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı verilmişdi.

Emin Milliylə Adnan Hacızadə bu il iyulun 8-də «Lebanez» kafesində iki gəncin hücumuna məruz qalıblar. Polisə müraciət etdikdə zərərçəkmişlər xuliqan kimi saxlanılıb, onlara hücum edənlər isə sərbəst buraxılıb.

Hacızadə və Millinin təqsiri sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

Gənc fəallar onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları onların azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG