Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:49

Amerikalı azərbaycanlılar bloqqerlərin azadlığını tələb edib


Aksiyada amerikalı azərbaycanlılarla yanaşı, «Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqtondakı nümayəndəsi, Adnan Hacızadənin təhsil aldığı Riçmond universitetinin məzunları iştirak ediblər
Aksiyada amerikalı azərbaycanlılarla yanaşı, «Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqtondakı nümayəndəsi, Adnan Hacızadənin təhsil aldığı Riçmond universitetinin məzunları iştirak ediblər
Avqustun 28-də Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması tələbilə Vaşinqtondakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Azərbaycan səfirliyinin önündə baş tutan aksiyada gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz bildirilib. Aksiyada amerikalı azərbaycanlılarla yanaşı «Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqtondakı nümayəndəsi, Adnan Hacızadənin təhsil aldığı Riçmond universitetinin məzunları iştirak ediblər.

Azərbaycan səfirliyi məsələ ilə bağlı mövqeyini ifadə etməyib amm səfirliyin əməkdaşları pəncərələrdən aksiyanı gizli olaraq lentə alıblar.
Səfirliyin əməkdaşları pəncərələrdən aksiyanı gizli olaraq lentə alıblar


AZAD-ın həmtəsisçilərindən biri Elmar Şahtaxtinski bəyanatı oxuduqdan sonra Azərbaycan səfirliyinin nümayəndələrinə təqdim edib.

«Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqton nümayəndəsi də Azərbaycan səfirliyi önündə bəyanat oxuyub. Bəyanatda Xarici İşlər Nazirliyinə dəfələrlə göndərilən məktubların cavabsız qalmasından şikayət olunur. Eyni zamanda bəyanatda Emin Milli, Adnan Hacızadə və həbsdə olan digər jurnalistlərin azadlığı tələb olunub. Bəyanatda Azərbaycan hökumətinin söz azadlığı, azad düşüncəyə qarşı apardığı hədə-qorxu siyasətinə də son qoyulması tələbi də səsləndirilib.

İyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar. İrəli sürülmüş xuliqanlıq ittihamı üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub. Hüquq müdafiəçiləri bloqçuların həbsini siyasi sifariş hesab edir.

Həbs olunmamışdan Adnan Hacızadə və Emin Millinin son olaraq yaydığı video rolikin həbsə səbəb olduğu barədə versiyalar var. Həmin video rolikdə hökumətin ölkəyə biri 41 min dollara iki eşşək idxal etdiyi barədə mediada gedən xəbərlərə istinad edilir və rolikin qəhrəmanı olan eşşək mətbuat konfransında ictimai siyasi proseslərə şərh verir.

AZAD-ın Vaşinqtonda keçirdiyi aksiyada da eşşək korrupsiya simvolu olaraq göstərilib. “41 minə eşşək?” “Emin və Adnanı azad edin, korrupsionerləri həbs edin!” tələbləri əksini tapıb. “Azadlıq üçün siqnal ver” çağırışını da yoldan keçən sürücülər diqqətsiz buraxmayıb, ətrafı siqnal səsləri bürüyüb.


«Sərhədsiz Reportyorlar» Beynəlxalq Jurnalist Təşkilatının Vaşinqton nümayəndəsi də Azərbaycan səfirliyi önündə bəyanat oxuyub










AZAD-ın Vaşinqtonda keçirdiyi aksiyada da eşşək korrupsiya simvolu olaraq göstərilib
XS
SM
MD
LG