Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:12

Davutoğlu: «Yeni ilə sərhədlər açıla bilər»


Əhməd Davutoğlu: «Hər şey gözlənilən kimi getsə, yeni ilə Türkiyə-Ermənistan sərhədləri açıla bilər»
Əhməd Davutoğlu: «Hər şey gözlənilən kimi getsə, yeni ilə Türkiyə-Ermənistan sərhədləri açıla bilər»
Reutersin Nikosiyadan verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Şimali Kiprə səfəri zamanı bu gün deyib ki, «hər şey gözlənilən kimi getsə, yeni ilə Türkiyə-Ermənistan sərhədləri açıla bilər».

«Türkiyə parlamenti Dağlıq Qarabağ probleminin həllində irəliləyiş görməsə, protokolları təsdiq etməyə bilər. Türkiyə Ermənistanla sərhədlərin açılmasını Dağlıq Qarabağ probleminin həlli ilə bağlayır.

Protokollar qüvvəyə minsə, iki ay ərzində sərhədlər açılmalıdır.

Ona görə türk deputatlar görmək istəyəcəklər ki, Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli irəliləyiş var yoxsa yox».

Bunu isə Türkiyədə çıxan «Hurriyyet Daily News» qəzetinin baş redaktoru Barcin Yınanc «Azadlıq» radiosuna deyib.

Bunlar türk tərəfdə sələnən fikirlərdir.

AzadlıqRadiosunun erməni xidmətinin dediyinə görə, avqustun 31-i gecə yarı Ermənistanın Dövlət televiziyası verilişləri dayandırıb, Türkiyə-Ermənistan protokolunu tam oxuyub. Sonda diktor deyib ki, «burda Dağlıq Qarabağın adı çəkilimir?!»

Yerevandakı Milli və Beynəlxalq Araşdırmalar Erməni Mərkəzinin direktoru Riçard Qiraqosyan AzadlıqRadiosuna deyir ki, Ankaranın Dağlıq Qarabağı bu protokollara saldırmaqda təkid etməməsi uğurdur və onun üçün gözlənilməzdir.

«Türkiyə rəsmilərinin bir neçə aydır ki, səsləndirdiyi ritorikaya baxmayaraq rəsmi protokol versiyasında Dağlıq Qarabağın adının çəkilməməsi sürprizdir.

Protokollarda Azərbaycan torpaqlarının erməni qüvvələrinin nəzarətində olmasına da işarə yoxdur. Qarabağın adının çəkilməməsi siyasi kompromisin nəticəsi kimi dəyərləndirilə bilər».

Türkiyə ilə Ermənistanın avqustun 31-də gəldiyi razılaşma siyasi məsləhətləşmələrin başlanmsını nəzərdə tutur.

6 həftə çəkəcək məsləhətləşmələr iki protokolun imzalanması ilə nəticələnməlidir. Birincisi «Diplomatik əlaqələrin qurulması», ikincisi «İkitərəfli münasibətlərin inkişafı»na dairdir.

Türkiyə diplomatları Reutersə onu da deyiblər ki, iki gün əvvəl Davutoğlu Amerikanın Dövlət katibi Hillari Klintonla Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib. Həmin telefon danışığında Davutoğlu Dağlıq Qarabağ probleminin tezliklə həll olunması məsələsini qaldırıb.
XS
SM
MD
LG