Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:26

Bu gün Emin və Adnanın məhkəməsidir


Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər
Bu gün bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsidir. Proses saat 3-də Səbail rayon Məhkəməsində başlanacaq.

Bu gün həmçinin, gənclərin valideynlərinin oğulları ilə görüşə icazə verilməməsi ilə bağlı iddialarına da baxılmalıdır. Emin və Adnanın valideynləri Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevdən vurulmuş maddi-mənəvi ziyana görə kompensasiya tələb edirlər. İddiaya saat 11-də baxılması nəzərdə tutulur.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG