Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:51

Dünya böhrandan çıxırmı?


«İşsizliyin azalması üçün Amerika iqtisadiyyatının azı 3 faiz artması lazımdır. Ancaq bu gözlənilmir».
«İşsizliyin azalması üçün Amerika iqtisadiyyatının azı 3 faiz artması lazımdır. Ancaq bu gözlənilmir».
Əvvəlcə yaxşı xəbər. Dünya iqtisadiyyatının özünə gəldiyini göstərən sübutlar çoxalır. İndi isə pis xəbər. Dünya iqtisadiyyatı özünə gəlməyə başlasa da, işsizlərin sayı yenə artmaqda davam edəcək. Ən azı qısa və orta müddət üçün.

AMERİKADA İSİLİ SƏVİYƏSİ YÜKSƏK HƏDDƏ ÇATA BİLƏR

Birləşmiş Ştatlarda gələn ilin ortalarına qədər işsizlik səviyyəsinin ən yüksək həddə - 10.4 faizə çatacağı gözlənilir. Baxmayaraq ki, ölkə iqtisadiyyatında bu ilin ikinci yarısından artım müşahidə olunmağa başlayıb. Avropada da işsizlik iyul ayında rekord səviyyəyə çataraq 9.5 faiz olub. Bu rəqəmin də artacağı gözlənilir.

Avropanın iki böyük dövləti –Fransa və Almaniya iqtisadiyyatı artıq böhrandan çıxıb. BMT-nin Beynəlxalq Əmək Təşkilatının baş direktoru Xuan Somavia deyir:

«Əvvəlki böhranların təcrübəsi göstərir ki, iqtisadi artım müşahidə olunduqdan sonra işsizliyin normal səviyyəyə düşməsi üçün 4-5 il vaxt lazım gəlir. Bu o deməkdir ki, bizi hələ 6-8 il ərzində potensial işsizlik böhranı gözləyir».

BƏS NİYƏ GÖRƏ BELƏ OLUR?

Bunun bir səbəbi odur ki, tənəzzül başa çatsa da, iqtisadiyyatın böhrandan əvvəlki vəziyyətə çata bilməsi üçün müəyyən vaxt tələb olunur. Başqa sözlə, şirkətlər daha çox qazanmağa başlasalar da onlar işlərinin həqiqətən düzəldiyinə əmin olmaq üçün bir qədər gözləmək istəyirlər. Yeni işçilər götürməyə tələsmirlər. Bu müddət ərzində təqaüdə çıxanların və ya işdən çıxanların yerinə yeni işçilər götürmürlər. Buna görə də iş axtaranların sayı getdikcə daha çox olur. Belə də iş tapmaq da çətin olur.

Birləşmiş Ştatlarda əmək qabiliyyətli əhali və əmək məhsuldarlığı durmadan artır. Bu o deməkdir ki, getdikcə daha çox adam iş axtarır. Şirkətlərin isə istehsal həcmi elə də dəyişmir. Üstəlik onlar eyni işi daha az işçi ilə görə bilirlər.

Merilənd Universiteinin beynəlxalq biznes üzrə professoru Piter Morisi: «İşsizliyin azalması üçün Amerika iqtisadiyyatının azı 3 faiz artması lazımdır. Ancaq bu gözlənilmir. Bu çox sadədir, bizdə məhsuldarlıq artımı 2 faiz, işçi qüvvəsi artımı isə 1 faizdir. Bu o deməkdir ki, iqtisadiyyatımız azı 3 faiz artmasa geriləyəcəyik».

İşsizliyin artmasının başqa bir səbəbi də odur ki, iqtisadiyyat böhrandan çıxmağa başlayınca işsiz adamlar iş tapmaqla bağlı daha nikbin olurlar. Normal vaxtda heç də bütün işsizlər işsiz kimi qeydə alınıb fəal şəkildə iş axtarmırlar. Ona görə də işsizlik səviyyəsi bir qədər aşağı olur. Ancaq iqtisadiyyat canlanan kimi işi olmayanlar böyük ümidlə iş axtarmağa başlayır. Bu da işsizlərin rəsmi sayının artmasına gətirib çıxarır.
XS
SM
MD
LG