Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:59

Xəzər sammitinə İran dəvət olunmayıb


Xəzərdə isə həllini gözləyən mübahisələr hələ də qalır. Ən əsası odur ki, Xəzər dənizdir yoxsa göl
Xəzərdə isə həllini gözləyən mübahisələr hələ də qalır. Ən əsası odur ki, Xəzər dənizdir yoxsa göl
Qazaxıstanın Aktau limanında sentyabrın 11-i keçirilməli Xəzər sammitini xarici ekspertlər çox maraqlı adlandırırlar. Çünki bura İrandan başqa bütün Xəzəryanı dövlətlər dəvət olunub.

İtaliyada qərarlaşan təhlil qrupunun eksperti Federiko Bordonaro deyir:

«Bu, çox maraqlı hadisədir. Çünki İran dəvət olunmamaqdan öz narazılığını bildirir. O da maraqlıdır ki, sentybarın 7-də Rusiya prezidenti Medvedev «Qazprom»un sədri Millerə deyirdi ki, bir neçə gündən sonra bəzi Xəzəryanı ölkələrin – Azərbaycanın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın sammiti olacaq. Medvedev demədi ki, bütün Xəzəryanı ölkələrin, dedi ki, bəzi».

İran öz narazılığını rəsmi səviyyədə bildirib. Xarici İşlər naziri Manuçöhr Mottaki deyib ki, bu sammit İranın milli maraqlarına ziddir.

«BU SAMMIT ARADAKI RAZILAŞMALARI POZUR»

Mottaki deyib: «Bu sammit aradakı razılaşmaları pozur. Razılığa görə, Xəzər haqda istənilən qərar bütün Xəzəryanı ölkələrin ümumi müzakirəsi ilə verilməlidir».

İtaliyalı ekspert Bordonaro bunu belə izah eləyir: «İran qorxur ki, Rusiya onun əleyhinə Xəzəryanı ölkələrin blokunu yarada. İran dünyada nisbi götürəndə təklənib. Ona görə Rusiyanın Xəzər bloku İrana diqtə edəcək, İran isə dünyada dəstək qazana bilməyəcək. Yumşaq desək, İran çox delikat vəziyyətə düşür».

Xəzərdə isə həllini gözləyən mübahisələr hələ də qalır. Ən əsası odur ki, Xəzər dənizdir yoxsa göl.

Əgər Xəzər göl hesab olunsa, Xəzərin ehtiyatları bərabər bölünməlidir.

Əgər Xəzər dənizdirsə, onda sahil xəttinin uzunluğuna mütənasib olaraq hər bir ölkənin milli sektorları olacaq. Bu halda İran Xəzərin cəmi 13 faizini qazanır. İrana sərf eləyir ki, Xəzər göl olsun.

Düzdür, Qazaxıstanın Xarici İşlər Nazirliyi 3 gün əvvəl bəyanat verib ki, sammitdə Xəzərin statusu müzakirə olunmayacaq, ancaq İran bu sammitə şübhə ilə yanaşır.

Bəs sammitdə nələr müzakirə olunacaq?

Kəmər məsələsinə böyük diqqət yetirilə bilər. 4 ölkənin prezidentləri Xəzər nefti və qazı uğrunda mübarizəni də müzakirə edə bilərlər.

Xəzər sərvətlərinə çıxış uğrunda mübarizəyə hətta Pakistan, Suriya kimi ölkələr də qoşulub.
XS
SM
MD
LG