Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:14

Eynulla Fətullayevin mükafatını atası aldı


«Təhlükə altında olan jurnalistika üçün xüsusi mükafat» Emin Fətullayevə təqdim olunub
«Təhlükə altında olan jurnalistika üçün xüsusi mükafat» Emin Fətullayevə təqdim olunub
Oktyabrın 2-də «Amnesty International» təşkilatının həbsdə olan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə verdiyi «Təhlükə altında olan jurnalistika üçün xüsusi mükafat» Bakıda atası Emin Fətullayevə təqdim olunub.

Emin Fətullayev təqdimetmə mərasimində mükafatı beynəlxalq qurumların Azərbaycanda söz azadlığının boğulmasına diqqəti kimi dəyərləndirib:

- Mən Eynullanın və bütünlükdə ailəmizin adından sizə təşəkkür edirəm. Mən sevinirəm. Çünki oğlum çox nüfuzlu bir qurumun mükafatına layiq görülüb. Eynulla vicdan məhbusu kimi tanınıb. Mən əminəm ki, Eynulla bu il beynəlxalq qurumların dəstəyilə azadlığa çıxacaq və azad sözə xidmətini davam etdirəcək.

Mükafatı Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva təqdim edib. Mərasimə Norveç və Almaniyanın Azərbaycandakı səfirləri, ABŞ səfirliyinin nümayəndələri, siyasətçilər, qatılaraq çıxış ediblər.

Çıxışçılar Eynulla Fətullayevə verilən mükafatın həm də dünya birliyinin diqqətini Azərbaycanda söz azadlığının durumuna yönəltdiyi üçün önəmli saydıqlarını bildiriblər.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrora çağırış, vergidən yayınma və mili ədavəti qızışdırmaqda ittiham edilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG