Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:37

«Azərbaycanla Ermənistan arasında çox bəsit şeylər qaldı»


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyə-Ermənistan protokollarının imzalanmasına bir neçə saat qalmış Ankarada bir tədbirdə baş nazir Rəcəb Tayyib Ərdoğan ayaqüstü jurnalistlərin protokollar və Azərbaycanın bundan narahatlığı barədə suallarını cavablayıb.




Ərdoğan:

- Ermənilər, haqq-ədalət ölçüləri çərçivəsində davrandıqları müddətdə biz Türkiyə olaraq protokollarda qeyd olunanları hər zaman yerinə yetirəcəyik.

Və Azərbaycanın da işğal edilmiş torpaqları barədə Ermənistandan tələblər var. O torpaqların işğal altında olduğunu dünya da qəbul edir. Biz soydaşlarımızın haqsızlığa uğramalarına qətiyyən “hə” deyə bilmərik.

Mən daha bir şeyi çox açıq və qəti şəkildə deyim.

Mənim Azərbaycan parlamentində bir çıxışım var. O, şəxsən bundan sonrakı hərəkətlərimin də bir çərçivəsidir. Bu çərçivədən kənara çıxmaq əsla mənim dəyərlərimə uyğun olan bir şey deyil. İnanıram ki, bu, Türkiyənin də üstün bildiyi dəyərlərə uyğun olmazdı. Bu istiqamətdə də fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq.

- Sərhədin açılması Dağlıq Qarabağla əlaqəli bir prosesdirmi?

- “Bir yerdə” deyə bilərik. Yəni, hazırda bu, indi imzalanan razılaşmanın mətnində deyil, amma onların bir yerdə olduğunu deyə bilərik. Çünki artıq Azərbaycanla Ermənistan arasında çox bəsit şeylər qaldı. Orada bir anlayış göstərmiş olsalar, yəni, diasporanın təzyiqindən qurtarmış olsalar, mən inanıram ki, bu, prosesi rahatladacaq və bir nəticə əldə olunacaq.

- Cənab baş nazir, Azərbaycan-Ermənistan danışıqlarında bir nəticə əldə edildimi?


- Moldova danışıqları yaxşı başlamışdı, amma sonra arzu edildiyi şəkildə inkişaf edə bilmədi. Moldovadakı proses bizi bir az narahat etdi. Vacib addımlar atıla bilərdi. Amma yenə görüşmələri üçün prosesin davam etdiyini deyə bilərəm.
XS
SM
MD
LG