Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:14

Bloqqerlərin işindən ötrü müstəntiqi məzuniyyətdən çağırıblar?


9 saylı Polis Bölməsinin əməkdaşı şahid qismində ifadə verir. O bildirib ki, onlara zərərçəkən Vüsal Məmmədov ərizəylə müraciət edib.

Onlar da idarəyə zəng vurub xəbər veriblər:

- Bundan sonra da o vaxt növbədə olan müstəntiq Ziya Əliyev bölməyə gəldi.

Vəkil İsaxan Aşurov isə polis əməkdaşından soruşub:

- Niyə məhz Ziya Əliyev gəldi?

- Növbətçi o idi, o da geldi.

- Xəbəriniz var idimi ki, Ziya Əliyev həmin vaxt məzuniyyətdə idi?

- Xeyr. Xəbərim yox idi.

Məhkəmə prosesində yalnız polis əməkdaşının ifadəsi dinlənib. Zərərçəkən Vüsal Məmmədov və hadisə vaxtı «Lebanese» restoranında olan Şahzeynəb adlı qadın məhkəməyə gəlməyib. Bildirilib ki, Şahzeynəb xəstə olduğunu üçün məhkəməyə gəlməyib. Hakim isə deyib ki, şahid məhkəməyə xəstə olduğunu təsdiqləyən arayış təqdim eləməlidir.

Bundan sonra məhkəmə noyabrın 6-na kimi təxirə salınıb.

***

Xuliqanlıqda ittiham olunan Emin Milli və Adnan Hacızadənin oktyabrın 27-də məhkəməsi davam edir.

Gənc bloqçular bu il iyulun 8-də «Lebanese» restoranındakı münaqişədən sonra həbs ediliblər.

Gənclər onlara qarşı qaldırılan xuliqanlıq ittihamını qəbul etmirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG