Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:41

Pensiya yaşı artırıldı


Çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları ləğv edildi, qadın və kişilərin isə pensiya yaşı 60 və 63 yaşa çatdırıldı.

Oktyabrın 27-də Milli Məclisdə iki saalıq müzakirədən sonra qəbul edilən «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərə 104 deputat «hə», yalnız iki millət vəkili «yox» deyib.

Yenilənmiş qanuna görə, çoxuşaqlı analar da artıq pensiyaya 60 yaşında çıxacaq. Əvvəlki qanun isə üç və daha çox uşağı olan analara güzəşt edirdi, belə ki, ana hər uşağa görə bir il imtiyaz alırdı. O cumldən, onlar əmək pensiyası almaq üçün 5 il yox, 12 il işləməli olacaqlar.

Qadınlar isə artıq 57 yaşında yox, 60 yaşında pensiyaya çıxa biləcəklər. Kişilərin isə pensiya yaşı 62-dən 63-ə qaldırılıb.
XS
SM
MD
LG