Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:24

Ədliyyə Nazirliyi RATİ-də yoxlamalara başlayıb


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu
Ədliyyə Nazirliyinin nümayəndələri Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində yoxlamalara başlayıb.

Oktyabrın 29-da təşkilatın ofisinə gələn səlahiyyətlilər bildiriblər ki, məqsədləri təşkilatın nizamnaməyə uyğun fəaliyyət göstərib-göstərməməsini yoxlamaqdır.

RATİ-nin rəhbəri Emin Hüseynov ezamiyyətdə olduğundan nazirliyin nümayəndələri təşkilatın əməkdaşları ilə görüşüblər. Onları maliyyə mənbələri, təşkilatın fəaliyyət dairəsi, qrantların təyinatı üzrə istifadəsi, üzvləri barədə sorğu-sual ediblər. Təşkilatın yeni ünvana köçməsi barədə Ədliyyə Nazirliyinə məlumat verməmələrini irad tutublar.

Təşkilatın əməkdaşları RATİ-nin fəaliyyəti ilə bağlı suallara cavab verə bilməyəcəklərini və rəhbərin ölkəyə qayıtmasını gözləməyin məqsədəuyğun olduğunu bildiriblər. Daha sonra Emin Hüseynovla telefon əlaqəsi yaradan nazirlik işçiləri razılaşıblar ki, onun ölkəyə qayıdışından sonra yoxlamalara davam etdirsinlər.

Ədliyyə nazirliyinin əməkdaşları jurnalistlərin səsyazması və foto çəkməsinə də etirazlarını bildiriblər.
XS
SM
MD
LG