Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:06

Ölkənin və əhalinin müdafiəsinə cavabdeh nazirliklərin saytı yoxdur


Osman Gündüz
Osman Gündüz
Müdafiə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin İnternet saytı hələ də hazırlanmayıb. Müəllif Hüquqları Agentliyi, Nazirlər Kabineti və Kənd Təsərrüfatı Nazirliyi isə informasiya açıqlığı üzrə reytinq cədvəlində sonuncu 3 yeri tuturlar.

Multimediya İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin 9 ay ərzində apardığı monitorinqin nəticələrində belə deyilir.

Mərkəzin rəhbəri Osman Gündüz AzadlıqRadiosunun «İşdən sonra» verilişində deyib ki, adı çəkilən qurumlara dövlətin ayırdığı vəsait bu problemlərin həllinə imkan verir. Mövcud vəziyyətsə sadəcə biganəliyin nəticəsidir.

50 dövlət qurumu və 10 bələdiyyənin İnternet resurslarının monitorinqinin nəticələrinə əsasən informasiya açıqlığı üzrə reytinq cədvəlində ilk 3 yeri Vergilər Naziriyi (61 faiz), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (50 faiz) və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzə Komissiya (46 faiz) tutur.
XS
SM
MD
LG