Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Seçki ləğv edildi, Kərzai yenə prezident elan olunub


Əfqanıstandakı prezident seçkisindəki iki əsas rəqib - Kərzai və Abdulla
Əfqanıstandakı prezident seçkisindəki iki əsas rəqib - Kərzai və Abdulla
Əfqanıstanda keçirilməsi nəzrədə tutulan president seçkilərinin ikinci turu ləv edilib və indiki president Həmid Kərzai yenidən president élan olunub. Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Əzizulla Ludin bu gün qərarı açılayıb. Ludinin sözlərinə görə, ikinci turda yarışmalı olan iki namizəddən biri – Abdulla Abdulla namizədliyini geri götürdüyündən, ikinci turu ləğv ediblər.
Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Əzizulla Ludin, 2 noyabr 2009cu il, Kabul

“Bütün bu səbəbləri nəzərə alaraq, KOnstitusiyanın 156 və Seçki Məcəlləsinin 49-cu maddələrini əldə rəhbrə tutan Seçki Komissiyası Cənab Həmid Kərzaini, ilk turda hamıdan çox səs yığan və ikinci turda qalan yeganə namizədin president seçildiyini élan edir”.

Kərzainin rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla bazaar günü seçkinin şəffaf və azad olacağı təminatı almadığı üçün yarışdan çəkildiyini açıqlamışdı.

Seçkilərin avqustun 20-də keçirilən ilk turunda Kərzai öncə qalib élan edilsə də, BMT-nin dəstəklədiyi Müstəqil Seçki Komissiyası nəticələrin bəzilərini saxta olduğunu üçün ləğv edəndən sonra ikinci tur élan edilmişdi.
XS
SM
MD
LG