Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:10

Azərbaycanda daha bir nəfər «donuz qripi»nə yoluxub


Bununla da Azərbaycanda «donuz qripi»nə yoluxanların sayı 14-ə çatıb
Bununla da Azərbaycanda «donuz qripi»nə yoluxanların sayı 14-ə çatıb
Azərbaycanda daha bir nəfər «donuz qripi»nə yoluxub. O, Bakı sakinidir, xəstənin vəziyyəti kafidir və evdə müalicə olunur.

Bunu AzadliqRadiosuna Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Bununla da Azərbaycanda «donuz qripi»nə yoluxanların sayı 14-ə çatıb.

Viktor Qasımov bildirib ki, noyabrın 11-də xəstəxanada müalicə olunan daha bir nəfər evə buraxılıb:

«Güman ki, həftənin sonunadək virusa yoluxanlar xəstəxanada qalmayacaq. Hazırda xəstəxanada 5 nəfər müalicə olunur, onların vəziyyətləri kafidir».

Səhiyyə Nazirliyinin rəsmisi əlavə edib ki, şənbə və bazar günləri tədris ocaqlarında H1N1 virusuna qarşı dezinfeksiya işləri davam etdiriləcək.
XS
SM
MD
LG