Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

"Türkiyə Qarabağdakı status-kvonu dəyişməsə, itirən Azərbaycan olacaq"


Türkiyənin Xarici İşlər Naziri Ahmet Davutoğlu
Türkiyənin Xarici İşlər Naziri Ahmet Davutoğlu
"Türkiyə bəlli bir daşları yerindən oynatmasa, Qarabağdakı status-kvo olduğu kimi davam edəcək. Bu isə, ilk növbədə Azərbaycanın xeyrinə deyil. Biz də bu vəziyyəti dəyişməyə çalışırıq".

Türkiyənin Xarici İşlər Naziri Ahmet Davutoğlu Türkiyə Parlamentində çıxışında belə deyib. Anadolu Agentliyinin xəbərinə görə, Davutoğlu bildirib ki, “Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bizim cümhuriyyət dönəmində uduzduğumuz strateji mübarizələrədən biridir. Ancaq bu mübarizəni bizmi uduzmuşuq?”


“TÜRKİYƏDƏN BAŞQA HEÇ KİMİN QARABAĞLA BAĞLI VƏZİYYƏTİ DƏYİŞMƏK NİYYƏTİ YOXDUR”

Davutoğlu deyib ki, “17 ildir ordakı status-kvo dəyişmir. Azərbaycan torpaqlarını qorumaq bizim üçün öz torpağımığızı qorumaq kimi müqəddəsdir. Əgər, bu status-kvo bizim lehimizədirsə, o zaman davam etsin. Bir şey demərik. Amma biz, bəlli daşları yerindən oynatmasaq, başqa heç bir ölkənin ordakı status-kvonu dəyişmək kimi bir niyyəti yoxdur. Əks halda, Minsk qrupu bu günə kimi nəsə edərdi".


“ERMƏNİSTANLA SƏRHƏDLƏRİ HƏLƏ 10 İL DƏ BAĞLI TUTARIQ, AMMA, İTİRƏN AZƏRBAYCAN OLAR"

Davutoğlu fikrinə belə davam edib. "Dağlıq Qarabağdan, Laçından bir yaşında çıxan uşaqların indi 18 yaşı var. Bu vəziyyət 10 il də davam eləsə, ona dəyməsək nə olacaq? Təbii ki, biz sərhədlərimizi bağlı tutmaqla Ermənistanı cəzalandırmış olacağıq, amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı status-kvo bərqərar olacaq”.

Türkiyə Xarici İşlər NAzirinin sözlərinə görə, “Bizim səylərimiz ona yönəlib ki, diplomatik yollarla daşları elə oynadaq ki, həm Türkiyə-Ermənistan münasibətləri normallaşsın və xaricdəkilərin başımızın üstündə Domokl qılıncı kimi salladığı bu məsələ gündəmdən düşsün, həm də Azərbaycan və ermənistan arasında elə bir barış mühiti yaradaq ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yol açacaq bir proses başlasın”.

"OBAMAYLA GÖRÜŞLƏRDƏ İLK QALDIRDIĞIMIZ MƏSƏLƏ QARABA PROBLEMİDİR"

Davutoğlu vurğulayıb ki, prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Obamayla görüşlərində ilk müzakirə elədikləri məsələ elə Qarabağ problemi olub. Çünki, “Türkiyə bu durumu haqsız bir durum olaraq görür və onun ən qısa zamanda həllini istəyir”.

"TÜRKİYƏ ERMƏNİSTANLA PROTKOLLARI ONA GÖRƏ İMZALAYIB Kİ, ERMƏNİLƏR RƏSMƏN SƏRHƏDLƏRİ TANISIN"

Ahmet Davutoğlu Türkiyə-Ermənistan protokolları ilə bağlı deyib ki, “bizim protokolları imzalamaqda əsas məqsədimiz Türkiyə və Ermənistan arasındakı mövcud sərhədlərin dəqiq tanınmasına nail olmaqdır. Bu məsələdə Türkiyənin ziyanına olacaq hər hansı bir nəticədən söz gedə bilməz.”

XS
SM
MD
LG