Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:39

«Bloqqerlərə görə Azərbaycana təzyiq göstərirlər»


Noyabrın 11-də bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib
Noyabrın 11-də bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib
«Onlar savadlı insanlardır, xaricdə təhsil alıblar. Ancaq eyni zamanda qarşımızda onların törətdiyi hüquq pozuntusu – xuliqanlıq var. Beynəlxalq birliyin məsələ ilə bağlı məhkəmə qərarı ilə razılaşmaması adekvat addım deyil».

Bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bloqqerlər Adnan Hacızadə və Emin Millinin həbsinə beynəlxalq birliyin reaksiyasını dəyərləndirərkən deyib.

E.Aslanov onu da bildirib ki, A.Hacızadə və E.Millinin bloqqer adlandırılmasının da əleyhinədir:

«Bloqqerlik daha çox şəxsi məsələdir. Onlar isə gənc fəallardırlar. Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycanın dünyada formalaşan müsbət imicinə gənc fəalların həbsi faktlından yararlanaraq mənfi çalarlar qatmaq istəyirlər. Bir sıra qüvvələr Azərbaycanın suveren və müstəqil xarici siyasətindən narahatdırlar. Bu qüvvələri Azərbaycanın yürütdüyü siyasət və tutduğu yol narahat edir. Ona görə də Azərbaycana təzyiq göstərməyə çalışırlar».

Noyabrın 11-də bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Bir sıra beynəlxalq təşkilatlar məhkəmənin qərarına sərt reaksiyalar veriblər.
XS
SM
MD
LG