Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

«Elm biznesə çevrilib və istənilən məmur elmi ad almağa nail olur…»


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
«Azərbaycan»: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev «İctimai və humanitar elmlər: zaman kontekstində baxış» sərlövhəli məqalə yazıb.

«Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən biri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur…

Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir…»

«Yeni Müsavat»: «Zaman göstərəcək ki, biz nə edəcəyik…»

Nemət Pənahlı siyasi partiyaların mənfi münasibətinə baxmayaraq onlarla görüşməkdə israrlıdır.

«Bizim Yol»: Baş nazir ABŞ prezidenti ilə Qarabağ mövzusunu müzakirə etdi və nikbin bəyanat verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında keçirilən görüş 2 saat davam edib.

«Azadlıq»: Əhali borcludur, yoxsa hökumət…

Kommunal xidmət haqlarını artırmaq istəyinin arxasında nə dayanır?

«Şərq»: «Qərb indi Allahsızlıqdan boğulur»

Vəfa Quluzadə: «Müsəlmanlara qarşı qadağalar artsa, bu Avropa demokratiyasının sonu olacaq».

«525-ci qəzet»: «Parlament Zəngəzurun Ermənistana verilməsi qərarını ləğv etməlidir»

Gültəkin Hacıbəyli: «Qarabağ münaqişəsinin alovlandıran qüvvələr Laçın dəhlizinin müqabilində Mehri dəhlizinin yaradılmasına heç cür razı ola bilməzdilər».

«Bakı Xəbər»: «8-ci kilometr» bazarı yığışdırılır

Ticarətçilər bunu bazarın şəhərin kənarına köçürülməsi üçün hazırlıq, polis əməkdaşları isə sadəcə «təmizlik işləri» adlandırır.
XS
SM
MD
LG