Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:39

Müxalifətçilər Avropa Şurasının müşahidə missiyasıyla görüşü boykot ediblər


Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı
Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı
Bir qrup müxalif partiyasının təmsilçiləri Avropa Şurasının seçkiqabağı müşahidə missiyasıyla görüşü boykot eləyiblər.

Müsavat Partiyasının təmsilçisi Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, görüş dekabrın 8-i saat 13.00-a təyin olunub, yarım saat sonra isə içəri yalnız hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri dəvət olunub:

«Bizə dedilər ki, əvvəlcə YAP-çılarla görüşəcəklər. Biz gözləyək. Təxminən 40 dəqiqə gözləyəndən sonra müşahidə missiyasıyla görüşdən imtina elədik».

«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə bu davranışın protokol qaydasına zidd olduğunu deyir və bunu avropalı müşahidə missiyasının yerli müxalifətə münasibətinin göstəricisi kimi qiymətləndirir.

Bir neçə gündür Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurasının seçkiqabağı müşahidə missiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisiylə bağlı vəziyyəti öyrənir.
XS
SM
MD
LG