Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:01

Kitablar və şərablar eyni rəfdə


Avstraliyanın Sidney şəhərindəki kitab mağazalarından biri öz rəflərinə şərab da qoymağa başlayıb (Röyters).

“Berkelouw” kitab dükanı bar və kitab dükanı anlayışlarını birləşdirmək qərarına gəlib. Dükana gələn müştərilər xüsusi oxu zalında rahat kreslolarda əyləşib yeni kitablarla tanış olmaqdan başqa Avstraliya şərabları və pendirlərinin də dadına baxa bilərlər.

Kitab dükanını təkcə kitab rəfləri yox, şərab çəlləkləri və antik əşyalar da bəzəyir.

Avstraliyalıların getdikcə daha çox İnternet vasitəsilə - məsələn, Amerikadakı “Amazon” on-line kitab satışı şəbəkəsindən kitab almağa meyllənməsi yerli kitab dükanlarını rəqabətə davam gətirmək üçün müştəriləri cəlb etmək məqsədilə belə yeni üsullar kəşf etməyə vadar edir.

“Berkelouw” kitab dükanının sahibləri Colin Cappelleri və Gary Mullins deyir ki, mağazada canlı caz ifası da səslənir.
XS
SM
MD
LG