Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

Ramil Usubovun fikirncə mətbuat Bənənyar hadisələrini şişirdir


Daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçiləri ilə görüşü barədə rəsmi məlumat yayılıb
Daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçiləri ilə görüşü barədə rəsmi məlumat yayılıb
Daxili işlər naziri Ramil Usubovun hüquq müdafiəçiləri ilə görüşü barədə rəsmi məlumat yayılıb.

Məlumatda deyilir ki, nazir Ramil Usubov Daxili İşlər Nazirliyinin son dövrlər cinayətkarlıqla mübarizəsindən söz açıb. O, həmçinin vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Hüquq müdafiəçiləri Bənənyar kəndində baş verənləri yerində öyrənmək məqsədi ilə Naxçıvana getmək arzularını da ifadə ediblər.

Nazir Ramil Usubov bu məsələnin bəzi mətbuat orqanlarında həddən artıq şişirdildiyini deyib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu AzadlıqRadiosuna bildirib ki, onlar yanvarın 13-də Bənənyara gedəcəklər.

«O öz fikrini dedi, biz öz fikrimizi çatdırdıq. Danışdıq ki, 13-də Naxçıvana gedək. Nazir dedi ki, gedin, o tərəfdən də soruşun, öz rəyinizi çatdırın».

Nazirlə görüşdə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə iştirak ediblər.
XS
SM
MD
LG