Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Ermənistanda həbsdə olan jurnalist yoxdur


Ermənistanda nəşri qadağan olunan «Çorrord işxanutyun» qəzeti
Ermənistanda nəşri qadağan olunan «Çorrord işxanutyun» qəzeti
«Ermənistan hökuməti mətbuata təsir etmək, onu təzyiq altında saxlamaq üçün yaradıcı üsullardan istifadə edir». Bunu AzadlıqRadiosunun «Qafqaz Qovşağı» verilişinə Yerevandan qoşulan «İnternews-Ermənistan» təşkilatının icraçı direktoru None Sarkisyan deyir.

O bildirib ki, Ermənistanda həbsdə olan jurnalist yoxdur:

«Bizdə jurnalistlərə qarşı kütləvi repressiya, həbs yoxdur. Bizdə ciddi nəzarət, təzyiq var. Əgər ötən ilin necə keçdiyini xarakterizə etsəm, deyərdim bizim mətbuat «heç yana keçid» etmədi. Ermənistan mətbuatının gələcəklə bağlı tamamilə strategiyası yoxdur. İqtisadi vəziyyət çox ağırdır, kiçik tirajlarla buraxılan çox sayda qəzet (Ermənistanda buraxılan qəzetlərin orta tirajı 5-6 mindir)Yerevan hüdudlarını çox nadir hallarda tərk edir».

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, 10 ildən çoxdur ki, Azərbaycan hökuməti KİV-i sıxışdırmaq kampaniyasını həyata keçirir:

«Birinci zərbə iqtisadi sahəyə dəyib: KİV-in iqtisadi əsasları sarsıdılıb, o vəziyyətə salındı ki, özlərini maliyyələşdirə bilmədilər. İlk zərbə reklam bazarına dəyib. Bu bazar Azərbaycanda demək olar ki, mövcud deyil… İkinci zərbə fiziki zorakılıq, qətl, döyülmə, həbslər, qəzetləri müflisləşdirən məhkəmə iddiaları oldu. Son vaxtlar KİV-də iqtisadi asılılıq yaranandan sonra onlar mətbuatda özünü senzuranı gücləndiriblər. Bir sıra mövzular var ki, mətbuat onlara sadəcə toxunmur».

«Gürcü mətbuatının inkişafı cəmiyyətin xidmətidir» - verilişin gürcü qonağı Qafqaz Jurnalistika və Media Menecment İnstitutunun əməkdaşı Nino Daneliya belə deyir :

«Bütün hökumətlər cəmiyyəti idarə etmək istəyir. Bizdə irəliləyişin bir neçə səbəbi var. Birinci faktor odur ki, jurnalistlər artıq hökuməti tənqid etməkdən qorxmurlar. Sadəcə qorxmurlar və çalışırlar ki, tənqidi süjetlər hazırlasınlar. İkincisi, bu jurnalistləri müdafiə edən Qeyri Hökumət Təşkilatları yaranıb. Bu təşkilatlar Avropa Birliyi və Avropa səfirliklərinə gedərək tənqidin nəinki daxildən, həm də xaricdən olmasına çalışırlar. Adətən bu kömək edir».
XS
SM
MD
LG