Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:16

ABŞ və Norveç səfirlikləri Bənənyardakı vəziyyətlə bağlı birgə bəyanat yayıb


Bənənyar kəndi
Bənənyar kəndi
ABŞ və Norveç səfirlikləri Bənənyar kəndində olan vəziyyətlə əlaqədar Azərbaycan hökumətinə öz narahatlıqlarını bildirib. Bu haqda ABŞ və Norveç səfirliklərinin yanvarın 14-də birgə yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir ki, yanvarın 13-ü Bənənyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə səfirliklərin diplomatları həmin kəndə yola düşüblər. Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayaraq, diplomatları hədələyib, kənd sakinləri ilə hər-hansı əlaqə yaratmadan, kəndi tərk etməyə məcbur ediblər:

«Biz Azərbaycan hökümətini Bənənyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq».

HƏMÇİNİN OXU:

Diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar

Prezident Vasif Talıbova «Şöhrət» ordeni verdi

Kimə inanasan, rəsmi ya qeyri-rəsmi mənbələrə?
XS
SM
MD
LG