Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Ukraynadakı prezident seçkilərində sürpriz namizəd ola bilər


Serhiy Tihipko
Serhiy Tihipko
Azadlıq Radiosunun Ukrayna xidmətinin rəhbəri İrena Xalupa öz analizində yazır:

Bəlkə də kimsə düşünə bilər ki, yanvarın 17-də Ukraynada keçiriləcək prezident seçkilərində - 18 namizəddən 1-nin, yaxud 2-nin dövlət başçısı seçilmək üçün real şansı ola bilər.

Amma UNİAN informasiya agentliyinin keçirdiyi sorğunun ilkin nəticələri belə təsəvvür yaratmır.

Agentlik Kiyevin mərkəzindəki küçələrin birinə rəmzi seçki qutusu qoyub və yoldan ötənlərdən xahiş edib ki, səs versinlər.

"Küçə səsverməsi"nin nəticələri bir çoxlarını təəccübləndirib.

Qutuya bülleten atanların çoxu hamının əleyhinə səs verib. İkinci yerə rusiyapərəst namizəd Viktor Yanukoviç çıxıb.

Üçüncü yerdə Yanukoviçin seçki qərargahının keçmiş rəhbəri Serhiy Tihipko qərarlaşıb.

Qalmaqallı baş nazir Yuliya Timoşenko isə 4-cü olub.

Halbuki bundan qabaq bütün ölkə ərazisində aparılmış sorğularda

TİMOŞENKO İKİNCİ OLUB, YANUKOVİÇ İSƏ BİRİNCİ

Azadlıq Radiosunun Ukrayna xidmətinin rəhbəri İrena Xalupa güman edir ki, yanvarın 17-dəki seçkilər sürpriz nəticə ilə başa çata bilər.

Ukrayna mediası xeyli vaxtdır ki, yazır ki, ola bilər seçicilər heç də yalnız Yanukoviç və Timoşenko arasında seçim etməsin.

Tihipkonun seçki bilbordu
Üçüncü bir sürpriz namizəd peyda ola bilər. Və fevralın 7-də məhz o, sözügedən cütlükdən biri ilə ikinci turda üz-üzə gələ bilər.

Azadlıq Radiosunun Ukrayna xidmətinin rəhbəri İrena Xalupa güman edir ki, bəlkə də UNİAN agentliyinin keçiridiyi sorğunun nəticələri bu versiyanın heç də fərziyyə olmadığını göstərir.

Onun fikrincə, Tihipko məhz həmin sürpriz namizəd ola bilər.

Tihipko heç də siyasətdə təzə adam sayıla bilməz. O, Ukraynanın şərqindəki Dnepropetrovsk şəhərindəndir.

Bu şəhər Ukraynada bir sıra tanınmış siyasətçilərin vətənidir. Onlardan biri keçmiş prezident Leonid Kuçmadır.

Digəri keçmiş baş nazir Pavlo Lazarenkodur. Onu Amerikada həbs ediblər - korrupsiya və mənimsəməyə görə məhkum ediliblər.

Baş nazir Timoşenko da Dnepropetrovskdandır.

Dnepropetrovsk klanı adlanan qrup 1990-cı illərdə

UKRAYNADA ƏN NÜFUZLU SİYASİ VƏ İQTİSADİ QRUP OLUB

Tihipkonun nüfuz və zənginliyə gedən yolu keçmiş sovet ölkələrindəki bir çox zəngin adamların karyerasından fərqlənmir.

O əvvəllər kommunist olub və sovet ittifaqının dağılmasından sonra varlanıb.

Tihipko komsomol fəalı olub, təşkilatın təbliğat bölməsinin rəhbəri işləyib.

Ölkənin ilk və ən böyük özəl bankını yaradandan sonra Kuçma onu Kiyevə çağırıb və müşavir təyin edib.

Kuçmanın prezidentlik dövrü korrupsiya və jurnalistlərin ölümü ilə yadda qalsa da, Tihipkonun adı bu məsələlərdə birbaşa və ya dolayısı ilə çəkilməyib.

Tihipko 1993-cü ildə iqtisadiyyat naziri təyin edilib. Daha sonra Kuçma onu Mərkəzi bankın rəhbəri qoyub.

Əvvəllər prezidentliyə namizədliyini irəli sürəcəyini dilə gətisə də, 2004-cü o, seçkidə özü iştirak etmədi, Kuçma rejiminin dəstəklədiyi Yanukoviçi dəstəklədi.

Yanukoviçin uduzmasından sonra Tihipko bir qədər kölgəyə çəkildi, biznesi və şəxsi həyatına diqqət yönəltdi, təzədən evləndi.

O çox şık geyinir, özündən çıxnır, mehribandır. İndi üzdə olan Ukrayna siyasətçiləri ilə təzad təşkil edir, bir-birinə palçıq atan həmin emosional siyasətçilərdən tamamilə fərqlənir.

Azadlıq Radiosunun Ukrayna xidmətinin rəhbəri İrena Xalupa düşünür ki, küçə səsverməsinin nəticələri bütün bunların bir göstəricisi ola bilər. İnsanlar sadəcə eqoist və yalnız özünü düşünən liderlərdən beziblər və təzə simalar axtarırlar.

İndiki prezident Yuşşenkonun vəzifə başında hansısa uğura imza ata bilməməsi, insanların bundan məyus olması və Tihipkonun uğurlu karyerası insanların ona bir xilaskar kimi yanaşmasına yol aça bilər.
XS
SM
MD
LG