Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:42

Ukrayna seçkiləri beynəlxalq standartlara uyğun keçib


Ukrayna Mərkəzi Seçki Komissiyasında ilkin nəticələrin yerləşdirildiyi elektron tablo. 18 Yanvar, 2010
Ukrayna Mərkəzi Seçki Komissiyasında ilkin nəticələrin yerləşdirildiyi elektron tablo. 18 Yanvar, 2010
Beynəlxalq müşahidəçilər rəyini açıqladı

Ukraynada Prezident seçkiləri bəzi çatışmazlıqlar olsa da, yüksək standartlara uyğun keçib və beynəlxalq standartlara cavab verib.

ATƏT, Avropa Şurası, NATO, Avropa Bilriiy kimi beynəlxalq qurumların Ukraynadakı prezident seçkilərini müşahidə missiyasının yaydığı bəyanatda belə deyilir.

Müşahidə Missiyasının rəyinə görə, seçkidə seçicilərin sərbəst seçim hüququ tam təmin edilib, namizədlərə təbliğat kampaniyası bərabər imkanlar yaradılıb, seçki komissiyaları, qanunvericili ksahəsindəki bəzi boşluqlara baxmayaraq birgə və qanunlara söykənən qərarlar veriblər.

Müşahidə Missiyasının yekun rəyinə görə, budəfəki prezident seçkiləri 2004-cü ildə əsası qoyulan demokratik seçki təcrübəsinin daha da inkişafını göstərib və beynəlxalq qurumlar ümid edir ki, bu tendensiya davam edəcək.

Timoşenko və Yanukoviç ikinci turda yarışır?

Ukrayna prezidenti ikinci turda müəyyənləşə bilər. Bazar günü keçirilən prezident seçkilərindən sonra səslərin 90 faizindən çoxu sayılıb.

Mərkəzi Seçki Komisisyasının təqdim elədiyi rəqəmlərə görə, Viktor Yanukoviç 35.4 faiz səs yığıb, ikicni yerdəki Yuliya Timoşenko, indiki Baş nazir isə 25 faiz.

Mərkəzi Bankın keçmiş sədri Sergey Tiqibkoya 13, indiki prezident Viktor Yuşenkoya isə ancaq 5 faizə yaxın seçici səs verib.

Ukrayna qanunvericiliyinə görə, namizədlərdən heç biri səslərin yarısından çoxunu qazana bilmirsə, ən çox səs yığan iki namizəd ikinci turda mübarizə aparmalıdır.

Bazar günkü seçkidən sonra Yuliya Timoşenko bildirib ki, seçkidə qalib gələcəyinə əmindir və bundan ötrü, ilk turda az səs toplayan namizədlərin də dəstəyini qazanmaq üçün onlarla görüşəcək.

Yanukoviç isə bir daha Timoşenko və indiki ölkə rəhbərliyinin səhvlərini təkrarlamayacağına söz verib.
XS
SM
MD
LG