Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:55

«Oğlum intihar həddinə çatdırılıb, amma sığorta vermirlər»


Zaqatala rayon sakini Veys Qurbanov oğluna görə sığorta ala bilmir. Onun oğlu Rüstəm Qurbanov 2006-cı ildə hərbi xidmət zamanı qarovul xidmətində olarkən özünə qəsd edib. Lakin onu özünüqəsdə məcbur edənlər olub. Artıq məhkəmə hökmü ilə həmin şəxslər müəyyənləşdirilib və cəza alıblar. Buna baxmayaraq, Veys Qurbanov oğluna görə sığorta məbləğini ala bilmir:

«OĞLUM İNTİHAR HƏDDİNƏ ÇATDIRILIB, AMMA SIĞORTA VERMİRLƏR»

«Deyirlər ki, oğlun intihar edib, ona sığorta düşmür. Axı onu intihara təhrik ediblər. Bütün sənədləri hazırlayıb hərbi komissarlığa vermişəm, amma nəticə yoxdur».

Ehtiyatda Olan Zabitlər İctimai Birliyinin hüquqşünası Telman Əbilov isə deyir ki, əgər əsgər özünü öldürmə həddinə çatdırılıbsa, onun üçün zərərçəkmiş kimi 11 min manat məbləğində sığorta ödənilməlidir:

Mahir Abdullayev
«Rüstəm Qurbanovun adı cinayət işində təqsirləndirilən şəxs yox, zərərçəkən şəxs kimi gedibsə, ona görə atasına sığorta verilməlidir».

«Hər kəsin haqqı var» verilişinin qonağı olan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayev isə qanuna əsasən, özünəqəsdin sığortadan imtina üçün əsas ola biləcəyini təsdiqləyir:

«Lakin əgər bu hadisədə digər şəxslər təqsirkar bilinibsə, onda vətəndaş sığorta ödənişinin alınması ilə bağlı müvafiq məhkəməyə müraciət edə bilər».

1997-Cİ İLDƏN ƏVVƏLKİ HADİSƏLƏRƏ GÖRƏ HƏRBÇİLƏR SIĞORTA ALA BİLMƏZ


Nazirliyin nümayəndəsi yalnız 1997-ci ildən sonra hərbi qulluqda olan şəxslər üçün sığorta ödənişinin həyata keçirildiyini bildirir. Çünki bu sahədə müvafiq qanun məhz həmin il qəbul edilib. Elə həmin ildən də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxslər arasında həlak olma, xəsarət alma, yaralanma və xəstəlik hallarında onlara sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub.

Müdafiə Nazirliyinin hesabına dövlət büdcəsindən bu məqsədlə müvafiq məbləğ köçürülür. Amma 1997-ci ildən əvvəlki tarixdə baş verən hadisələrə görə sığorta almaq mümkün deyil.

«SƏRXOŞ HALDA MAŞINI VURURLAR, SONRA SIĞORTA ALMAYANDA NARAZILIQ EDİRLƏR»

Azərbaycanda ən çox rast gəlinən sığorta növü – avtomobil sığortasıdır. Amma bu sahədə də problemlər çoxdur. Sığorta məsələləri üzrə ekspert, 8 ildir sığorta agenti işləyən Anar Cəlilov etiraf edir ki, müştəriləri aldatmağa cəhd edən şirkətlər var. Amma hamısı belə deyil:

«Çox vaxt problem ona görə yaranır ki, müştərilər sığorta şərtləri ilə tanış olmurlar. Bir də görürsən, maşını verir dostuna, ya da maşın yuyana. Onlar da aparıb avtomobili vuranda,
Anar Cəlilov
sığorta ödənilməyəndə narazılıq edirlər. Ya da içkili halda hadisəni törədir, 1-2 gün sonra hadisəni üzə çıxarırlar, sığorta şirkətini aldatmağa çalışırlar».

BAŞQASINA ETİBARNAMƏ VERƏNDƏ, SIĞORTA ŞİRKƏTİ BUNU BİLMƏLİDİR


Mahir Abdullayev da qeyd edir ki, sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin sahibi sığortaçı kimi göstərilir. Əgər gələcəkdə maşın sahibi onu idarə etmək üçün başqa bir şəxsə verəcəksə, gərək onun adı da müqavilədə qeyd olunsun. Sonradan avtomobilin idarəetməsi etibarnamə ilə kiməsə veriləcəksə, bu barədə də sığorta şirkətinə məlumat verilməlidir.

İcbari tibbi sığortaya gəlincə, nazirlik təmsilçisi bu sistemin tətbiqində çoxlu problemlər yaranmasın deyə, hələ də müəyyən məsələlərin müzakirə olunduğunu deyir.

Hazırda respublikada 29 sığorta şirkəti fəaliyyət göstərir, 4 xarici investisiyalı sığorta şirkəti var. Onlar sığortanın 40-dan artıq növü üzrə xidmətlər təklif edirlər.
XS
SM
MD
LG