Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:21

«Şəhidlər Xiyabanına yürüş edən şəxslərin dinlə bağlılığı yoxdur»


«Şəhidlər Xiyabanına yürüş edən şəxslərin dinlə heç bir bağlılığı yoxdur, onlar məqsədli şəkildə asayişi pozmaq istəyiblər».

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fevralın 13-də Bakıda dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı yaydığı bəyanatda bildirib.

Bəyanatda deyilir ki, bir dəstə şəxs cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa çalışıb:

«Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb. Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz».

Hadisəylə bağlı saxlananlar var, cinayət işi açılıb. Yürüş iştirakçıları isə Məhəmməd peyğəmbərin ölüm günündə dinc aksiya keçirdiklərini deyirlər.
XS
SM
MD
LG