Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:04

Gürcüstanda mülkiyyət hüququ necə qorunur?


Təxminən 2 il əvvəl hüquq müdafiəçiləri Gürcüstanda daha çox mülkiyyət hüququnun pozulduğunu bildirirdi. Hökumətin xeyrinə əhalidən alınan xüsusi mülkiyyətin siyahısı genişdir. Mülkiyyət hüququ məsələsinə ictimai müdafiəçinin hesabatında da xüsusi yer verilib.

Ombudsman Qiorqi Tuquşi deyir ki, son iki ildə bu istiqamətdə problem azalıb.

2 İL ƏVVƏL DAHA AKTUAL İDİ...

«Mülkiyyət hüququnun pozulması faktı azalıb, ancaq hesabatda mülkiyyətin qanunsuz müsadirə edilməsi haqda bir neçə fakt var. Özünü idarəetmə orqanlarından biri bir adamın mülkiyyətini müsadirə etmişdi...Amma bu problem 2 il əvvəl daha aktual idi».

Tabukaşvili 50 ünvanında sökülən binanın sakinlərinin hüquqlarını müdafiə edən vəkil Dimitri Qabuniya deyir ki, mülkiyyət hüququ daha çox 2004-2007-ci illərdə pozulub:

«2007-ci ildə başlayan qarışıqlıqdan sonra prezident mülkiyyət hüququnun tanınması haqda fərman imzalayıb. Bundan sonra məhkəmə qərarı olmadan mülkiyyətin müsadirə edilməsi dayandı. Əvvəllər xüsusi mülkiyyətin sökülməsi adətən gecələr keçirilirdi. Tabukaşvili 50 ünvanında, Delisi metrosu yaxınlığındakı tikililər kimi... Anlayıram ki, kimsə nəyi isə xoşlamır. Ancaq bu o demək deyil ki, mülkiyyət hüququna əhəmiyyət verilməməlidir. Bu addım qanunauyğun həyata keçirilməlidir. Tabukaşvili küçəsində isə yaşayış evi məhkəmə qərarına baxmayaraq söküldü».

Dimitri Qabuniyanın sözlərinə görə, mülkiyyətin müsadirə edilməsinin sxemi belə olub:

«İqtisadiyyat naziri şəhərin mərkəzində özəlləşdirilmiş obyektləri seçirdi və bildirirdi ki, bəzi pozuntular aşkarlayıblar. Sonradan təcili olaraq dövlət mülkiyyəti kimi qeydə alınması üçün dövlət reyestrinə müraciət edirdi. Və Milli Reyestr Mərkəzi bir günün, bir neçə saatın içində xüsusi mülkiyyəti dövlət mülkiyyəti kimi qeydiyyata alırdı».

Tabukaşvili küçəsi ilə bağlı hay-küylü məhkəmə prosesindən sonra mülkiyyətin müsadirə edilməsinin ən parlaq nümunəsi «Kalakmşeni» binasıdır. Bu binanın sakinlərinin işi hələ də məhkəmə baxışındadır:

«Məhz bu üsulla «Kalakmşeni» binasında 4-cü mərtəbədən 8-dək evlər müsadirə olunub. Bu, proses «Soni» mərkəzindəki eyni sxemlə keçirilib. Bu iş hələ də Tbilisi apelyasiya məhkəməsindədir».

ƏGƏR İCTİMAİ EHTİYACDIRSA...

Vəkil mülkiyyət nə zaman müsadirə edilə biləcəyini izah edir:

«Əgər bu, ictimai ehtiyacdırsa, bunun üçün məhkəmə tələb olunur. Məsələn, mərkəzi yolların tikintisi, magistralların, kəmərlərin çəkilişi kimi dövlət ehtiyacı zamanı belə qərarın veriləcəyi qaçılmazdır. Ancaq bu halda da məhkəmə mülkiyyətçiyə məqbul olan kompensasiyanın məbləğini təyin etməlidir».

Bir çox hallarda vətəndaşlar kompensasiyanın məbləğindən narazı qalır. Son vaxtlar dövlət və özəl sahibkarlar arasında çoxlu alqı-satqı müqavilələri imzalanıb. Hökumət layihəyə uyğun olaraq məhz avtomagistralın keçdiyi əraziyə görə torpaq sahibinə kompensasiya ödəyir. İnfrastruktura nazirinin müavini Cambul Bakuradze:

ALQI-SATQIDA TƏRƏFLƏR RAZILAŞMALIDIR

«Əgər yol salmağı planlaşdırırıqsa, məsələn, Samçxe-Cavaxetidə, həmin yolun üstündə yaşayan sakinlərlə danışıqlar aparılır, qiymətdə razılaşırıq və daha sonra mülkiyyətini alırıq... Samçxe-Cavaxetiyə ağır texnikanın gətirilməsi zamanı bəzi evlərə ziyan dəymişdi, şirkət buna görə əhaliyə pul ödədi...».

Gürcüstan yolları departamentinin hüquq xidmətinin rəhbəri Temur Qasviani deyir ki, bu gün 100-dən artıq alqı-satqı müqaviləsi var. Qasviani qeyd edir ki, onlara ödənilən məbləğlə yeni ev əldə etmək mümkündür:

«Dövlət xidmətlərində biz alqı-satqı qanuna uyğun hərəkət edirik. Ancaq bizə ayrıca torpaq sahəsi lazım olanda biz konkret sahibkarla danışırıq, bunu da vətəndaş kodeksinə uyğun həyata keçiririk. Yəni tərəflərin razılaşması ilə. Tutaq ki, adamın bir hektar torpağı ola bilər. Amma bizim yalnız 200 kvadrat metr ehtiyacımız var. Bu halda biz məhkəmə ekspertizasının bürosuna müraciət edirik. Onlar konkret ərazini qiymətləndirir, qiymət təyin edirlər. Bizim kollegiya bunu öyrənir, bundan sonra biz torpaq sahibinə məbləğ təklif edirik».

Bu yaxınlarda Acarıstanda Adliya sahili boyu yaşayan 39 ailə kompensasiyanın azlığından şikayət edirdi. Batumi bələdiyyəsi Ximşiaşvili küçəsini artırmaq və yeni bulvar üçün Adliya sahilində torpaq sahələri və tikililəri almağa başlayıb. Ancaq hökumətin əhaliyə verdiyi məbləğ qane etməyib. 1 kvadrat metrə - 67 lari.

SADƏ VƏTƏNDAŞLAR NƏ DÜŞÜNÜR?


Prezidentin sərəncamına əsasən ərazidəki mülkiyyət onsuz da çıxarılacaq. Adliya sahili kənd təsərrüfatı təyinatlı olduğundan, qiyməti də buna müvafiq olaraq təyin ediləcək. Batumi Meriyasında mülkiyyət idarəçiliyi xidmətinin mövqeyi belədir. Əhalinin isə başqa fikirdədir:

«Mən də burada yaşamaq istəyirəm, Buradan aeroport yaxınlığına köçmək istəmirəm. Külək orada hər şeyi uçurar... Heç nə becərmək mümkün olmaz... Mən də bulvarda yaşamaq istəyirəm, gör neçə vaxtdır burada yaşayıram...»

«Biz hökumətin qərarına qarşı çıxa bilmərik. Ancaq biz dəniz sahilində, bulvarda yaşamışıq, qoy bizi normal şəraitlə təmin etsinlər...»

«Heç kim evindən çıxmayacaq, gəlib döysünlər .. Hara gedək, nə edək? Burada balıqçılıq edir, ailəmi dolandırıram. O uzaqlıqda necə yaşayarıq?»
XS
SM
MD
LG