Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:54

Mikloş Haraşti hələ də qatillərin tapılacağına ümidlidir


ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi
ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi
VƏTƏNDAŞ JURNALİSTİKASINA MƏHKƏMƏ TƏQİBİ VAR
Martın 4-də ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti media azadlığı ilə bağlı növbəti hesabtını açıqlayıb.

Gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin işilə bağlı məsələləri diqqətdə saxladığını bildirən cənab Haraşti ötən il noyabrın 11-də Xarici Işlər naziri Elmar Məmmədyarova yazdığı məktubda tənqidi jurnalistikaya meylli gənclərin iki və iki il yarım həbs edilməsinə sərt etiraz etdiyini bildirib.

Hesabatda deyilir ki, xuliqanlıqda ittiham olunanlar hadisə zamanı faktiki olaraq hücuma məruz qalıblar.

“Ötən ilin dekabrından onların şikayətlərinə baxılması bir neçə dəfə təxirə salınıb. Mən ümid edirəm ki, iki bloqerlərlə nəinki azadlığa buraxılacaq, hətta məhkəmə onlara bəraət verəcək. Onların birinci instansiya məhkəməsi təsdiqlədi ki, Azərbaycanda vətəndaş jurnalistikasına əsaslanan jurnalistikaya qarşı şübhəli ittihamlarla məhkəmə təqibi var,” deyə Haraşti qeyd edib.

REDAKTORLARIN HƏBSDƏ SAXLANMASI ATƏT-İN PRİNSİPLƏRİNƏ ZİDDİR
ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi bildirib ki, Emin Milli və Adnan Hacızadədən başqa səkkiz il yarım azadlıqdan məhrum edilən “Realnıy Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və dörd illik azadlıqdan məhrum edilən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də hələ həbsdədir.

Hesabatda qeyd olunur ki, hər iki hal ATƏT-in mətbuat azadlığı ilə bağlı əsas prinsiplərinə zidd olan ittihamlardır.

Haraşti həbsxana rəsmilərinin Eynulla Fətullayevin üzərindən heroin tapmasını pislədiyini də qeyd edir:

“Mən hesab edirəm ki, bu addım təxribatdır və onun nüfuzunu ləkələmək və məhkəmə zamanı Eynula Fətullayevin pozulan insan hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində gözlənilən hökmün qarşısını almaq məqsədini güdür” deyə hesabatda bildirilir”.

Dekabrın 29-da aparılan axtarış zamanı Fətullayevin paltarından heroin tapıldığı bildirilib. Fevralın 3-də isə Bakı polisi onun qanından flunitrozepam kimi tanınan narkotik maddənin aşkarlandığını bəyan edib.

HARAŞTİ HƏLƏ DƏ ÜMİDLİDİR

Haraşti yada salır ki, bu ay Elmar Hüseynovun qətlinin beş ili tamam olur. Həftəlik “Monitor” jurnalının baş redaktoru 2005-ci ildə evinin piləkənlərinə qalxan yerdə tapanca ilə qətlə yetirilib. Bu günə qədər isə bir nəfər də olsun şübhəli şəxs kimi saxlanılmayıb.

“Mən hələ də ümid edirəm ki, İlham Əliyevin söz verdiyi kimi Elmar Hüseynovu qətlə yetirənlər tezliklə məhkəmə qarşısına çıxarılacaq.

Haraşti diffamasiya ilə bağlı müzakirələrə də toxunub: “Mən Azərbaycanda böhtana görə maddənin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı məsələyə baxılmasını alqışlayıram və bizim ofis bu sahədə islahatların aparılmasında Azərbaycana kömək eləməyə hazırdır”- deyə hesabatda bildirilir.
XS
SM
MD
LG