Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:26

Avropa Şurasının Nazirlər Komitəsi insan hüquqlarına dair xüsusi iclas keçirib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa Şurasının Nazirlər Komitəsi insan hüquqlarına dair xüsusi iclas keçirib. İclas Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarların icrasına həsr olunub. İclasda 25 məhkəmə işi ilə bağlı, o cümlədən Mahmudov və Ağazadənin Azərbaycana qarşı işinə dair qərar qəbul olunub.

Avropa Məhkəməsi adı çəkilən məhkəmə işi ilə bağlı qərarında özünün presedent hüququna istinad edib. Buna görə isə, mətbuatla bağlı pozuntulara görə həbs cəzasının verilməsi yalnız müstəsna hallarda (məsələn, zorakılığa təhrik halında) jurnalistlərin ifadə azadlığına uyğun ola bilər.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini ölkə qanunvericiliyinin müvafiq müddəalarını Avropa Məhkəməsinin sözügedən presedent hüququna uyğunlaşdırmağı və sanksiyalarının proporsionallığını nəzərdən keçirərkən Avropa Şurasının müvafiq təcrübəsindən yararlanmağı tövsiyə edib.

Qərarda o da bildirilir ki, bu tövsiyələrlə bağlı görüləcək tədbirləri müzakirə etmək üçün Nazirlər Komitəsi sentyabrda keçiriləcək 1092-ci iclasında yenidən bu məsələyə qayıdacaq.
XS
SM
MD
LG