Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:07

«Elmar Məmmədyarov hələlik şəxsi təsəvvürlərini ifadə edib»


İlqar Məmmədov
İlqar Məmmədov
Martın 15-i «İşdən sonra»da politoloq İlqar Məmmədov Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun açıqladığı Madrid prinsiplərinə öz münasibətini bildirib və Ermənistanda keçirdiyi görüşlərindən danışıb. O deyib ki, çox güman yaxın günlərdə Ermənistan rəsmiləri Elmar Məmmədyarovun dilə gətirmədikləri haqqında da açıqlamalar yayacaq:

- Sabah və ya birigün biz yəqin ki, erməni tərəfin, o cümlədən həmsədrlərin bu bəyanata münasibətini eşidəcəyik. Nə qədər ki, Ermənistan rəsmiləri və ya həmsədrlər danışmayıblar, bu, sadəcə Elmar Məmmədyarovun şəxsi təsəvvürləridir.

İlqar Məmmədov onu da deyib ki, Azərbaycan tərəfinin vaxtaşırı güc tətbiqi ilə bağlı bəyanatları yerindədir:

- Əgər bir nəfər güc mövqeyindən danışırsa, əks tərəf də güc mövqeyindən danışacaq. Ona görə də Azərbaycan tərəfinin vaxtaşırı güc tətbiqi ilə bağlı bəyanatları tam yerindədir. Azərbaycanda hansı hökumət olur-olsun, işğal şəraiti davam etdikcə, Azərbaycan heç vaxt Ermənistana təhlükəsizlik hissi yaratmayacaq.

ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasye hansı diplomatik səhvə yol verib?

İlqar Məmmədovun Ermənistanda eşitdikləri, gördükləri barədə bilmək istəyirsinizsə

AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG