Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:49

«Bu əfv fərmanının bəzəyi Qənimət Zahidin azadlığa çıxması idi»


Qənimət Zahid azadlıqda
Qənimət Zahid azadlıqda
«Mən həbsxanadan salamat və əzmli çıxacağıma şübhə eləməmişəm. Azadlıq mənim haqqımdır. Mən bilən, dünyada və Azərbaycanda günahsız həbs olunanların hamısı belə düşünür».

«ƏYİLMƏZ VİCDANIN BÖYÜK HEYKƏLİ»

2 ildən çox həbsxana həyatından sonra «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin azadlıqda ilk sözləri bunlar oldu. Əl çəliyi ilə məhbuslar üçün nəzərdə tutulmuş 17 saylı ixtisaslaşdırılmış Müalicə Müəssisəsindən çıxan Qənimət Zahid uzun müddət di ki, revmatizm xəstəliyindən əziyyət çəkirdi. Müəssisənin qarşısında onu qarşılayan jurnalistlərin «Jurnalistlik fəaliyyətinizi davam etdirəcəksinizmi?» sualına onun cavabı:

«Əyilməz vicdanın böyük heykəli. Yox, biz sınmarıq, əyilmərik. Yəqin ki, «Azadlıq» qəzetinin hörmətli üzvləri imkan verərlər ki, dincəlim. Hər halda həbsxana stress yaşadır. O stressdən xilas olum, sonra işə başlayacağam. «Azadlıq» qəzetinin kollektivi ilə həmişə qürur duymuşam».

Qənimət Zahid prezidentin martın 17-də imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.

FƏRMAN HƏLƏ SİYASİ DUSTAQ MƏSƏLƏSİNİ HƏLL ETMƏYİB

Səidə Qocamanlı
Hüquq müdafiəçisi Səidə Qocamanlı onun əfv olunmasını müsbət hal kimi qiymətləndirir. Ancaq o jurnalist Eynulla Fətullayev, bloqqerlər Adnan Hacızadə ilə Emin Milli də daxil olmaqla fərmanın siyasi dustaq məsələsini birdəfəlik həll etməməsinə təəssüfləndiyini bildirir:

«Bu əfv fərmanının bəzəyi Qənimət Zahiddir. Onun azadlığa çıxmasını biz çox yüksək dəyərləndiririk. Bloqqerlərin, Eynulla Fətullayevin, xəstə məhbusların da azadlığa çıxmasına nail olsaq, bu, Azərbaycan üçün müsbət bir addım olar».

Millət vəkil Zahid Oruc deyir ki, hüquq müdafiəçilərinin adlarını bu siyahıda görmək istədikləri adamların əfvə düşməməsi fərmanın humanist məqsədinə kölgə sala bilməz:

«ƏFVİN XOŞ MƏRAMINI AŞAĞI SALMAYIN»

«Dövlət başçısı tərəfindən ardıcıl verilən əfv fərmanları ilk növbədə insan haqlarına dövlətin münasibətini ifadə edir. Bu məsələyə yanaşmada çoxlu siyasi mövqedən çıxış edənlər, kiminsə adını görmək istəyənlər də var.
Milli Məclisin üzvü Zahid Oruc
Onlar unudurlar ki, bu qədər azadlığa qovuşan insanların üstündən xətt çəkmək olmaz. Onların haqlarını aşağılamaq olmaz. Kiminsə azad olmaması nəticəsində bu əfv fərmanlarının mahiyyətini, onun ümummilli xoş məramını aşağıya salmaq olmaz».

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev isə deyir ki, ötən ilin dekabrına qədər, oğluna narkotik maddə ilə yeni cinayət işi açılana qədər onun əfv olunacağına ümid edirdi, indi isə bunu gözləmir:

EYNULLAYA NARKOTİK İTTİHAMI OLMASAYDI...

«Yox, Eynullayla bağlı heç nə gözləmirdim. Gərək realist olasan. Bu cinayət işi olmasaydı, (narkotik ittihamı ilə bağlı açılmış ikinci cinayət işini nəzərdə tutur) onda haradasa əfvə ümid edərdim. Bu cinayət işi açılandan sonra onun azadlığa çıxacağını gözləmirdim».

Bloqqerlər Adnan Hacızadə və Emin Milli
Həbsdə olan bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin Hüquqlarını Müdafiə Komitəsinin koordinatoru Erkin Qədirli isə deyir ki, onlar daha çox məhkəmələrə ümid edirlər:

BLOQQERLƏR ƏFV ÜÇÜN MÜRACİƏT ETMƏYİB


«Bizim ümidimiz məhkəmələrə idi və hələ də qalmaqdadır. Çünki biz birinci instansiya məhkəməsinin və Apelyasiya Məhkəməsinin qərarları ilə razı deyilik. Onları ədalətsiz hesab edirik. Növbədə Ali Məhkəmə var, şikayət verəcəyik. Artıq həbs-qətimkan tədbiri ilə bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsinə də göndərilib. Biz işimizi bu yöndə qurmuşuq. Nə Eminlə Adnan, nə də onların valideynləri əfvlə bağlı heç bir müraciət etməmişdilər».

Martın 17-də verilmiş əfv fərmanı artıq icra olunub. 62 məhbus azadlığa çıxıb, bir nəfərin ömürlük həbs cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub, 9 məhkum isə digər cəza növlərindən azad olunub.
XS
SM
MD
LG